TənqidApr 18

"Bunlar mənim də, qonşunun da yerini satmaq istəyirlər" -

Bakı şəhər sakini Quliyeva Nurəngiz Xanlar qızı bir əsrdən artıq bir müddətdir onlara məxsus olan dədə-baba bağ torpaqlarının əllərindən saxta sənədləşmə yolu ilə alındığını iddia edirlər. Şikayətçi bildirir ki, yaranmış narazılıqla bağlı bir sıra dövlət qurumlarına şikayət edib, hətta Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun da qəbulunda olublar, ancaq problem bu günə kimi həllini tapmayıb. Artıq iki ildir Əmlak Komitəsinin qapılarında qalmışam.

Keçən il Kərəm Həsənovun qəbulunda olanda bildirdi ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti sənə kömək edəcək.Böyük bir yoxlama təşkil olundu, müəyyən olundu ki, bəli bu Dövlət Reyster Xidmətinin səhvi ucbatından baş verib.

Bəli Əliyev Tofiq Zeynal oğlunu mənim torpağıma kadastr planı vurub otuzdurublar. Yazıb verdilər ki, bəli uyğunsuzluqdur səhv bizim olub.Bundan sonra bizi idarəyə dəvət edib razılıqla qoşular arasında torpaq məsələsini həll etdilər.Bundan sonra plan ölçü tərtib olundu mənim 16 sotumun 4 sotu qonşunun isə arıq torpağının 8 sotu kəsilərək Əliyev Tofiqə verilsin.Heç birimiz etiraz etmədik.

İndi mən Kərəm müəllimə sual edirəm bu əgər reyster xidmətinin səfidirsə mənim torpağımı verirsizsə nəyə görə qonşular arasında hasarlanma işlərinin aparılmasına imkan yaratmırsız.Bəli, indi anlayıram ki, bunlar mənim də qonşunun da yerini satmaq istəyirlər.Dövlət Reyster xidmətinin bir saylı ərazı idarəsi Zəfər Abdulov görün nə işlərlə məşğuldur.

Mən üzümü Cənab Prezident İlham Əliyev Cənablarına tuturam xahiş edirəm Mehriban xanım sizdən xahiş edirəm. İmkan verməyin bu məmurlar bizi inçitsin haqqlarımız hüquqlarımız tapdalanır.Bizi o dərəcəyə çatdırıblar ki, artıq intihar etməyə məcburuq.Biz bacarmırıq! bu özbaşnalıqlardan artıq yorulmuşq!(REPORTYOR.info)

"Bunlar mənim də, qonşunun da yerini satmaq istəyirlər"
"Bunlar mənim də, qonşunun da yerini satmaq istəyirlər"
"Bunlar mənim də, qonşunun da yerini satmaq istəyirlər"
"Bunlar mənim də, qonşunun da yerini satmaq istəyirlər"

Bənzər xəbərlər

Gündəm