TənqidMar 27

"Cənab Prezident, əmlak hüququmuzla yanaşı, seçki hüquqlarımız da pozulur"

Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 3007-ci məhəllə 44c ünvanında inşa edilmiş yaşayış bunasının sakinləri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Azərbaycan Respublikası Fövqələdə Hallar nazir Kəmaləddin Heydərova, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə  Dövlət Komitəsinin sədri Cənab Kərəm Həsənova, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira xanim Süleymanovaya və Bakı şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Millətinsəsi.info saytı olaraq, həmin sakinlərin şikayət müraciətini olduğu kimi oxucuların nəzərinə çatdırırıq.

"Hörmətli, cənab Prezident, 
bu məktubu məcbiriyyət qarşısında qalıb yazırıq. Belə ki, yaşadığımız binanın təməli 2003 - cü ildə "Tac Mahal" Mənzil Tikinti Kooperati tərəfindən qoyulmuşdur. 2007 - ci ildə tikinti işləri başa çatdıqdan sonra 300 mənzilli binada yaşayıq mövcuddur. 
10 ildən artıq müddət ərzində sakinlər aldıqları mənzillərinə mülkiyyət şəhadətnaməsi ala bilmirlər. Kooperativin rəhbərliyi bu prossesi müxtərlif bəhanələrlə yubadır. Hər il "bu il həll olunacaq" deyərək, illəri sayır.
Azərbaycan Respublikasının vətəndaşları kimi bizim bütün hüquqlarımız pozulur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29 - cü "Mülkiyyət hüququ" maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 43-cü "Mənzil hüququ" maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

Bundan başqa Azərbaycan Respublikaı Mülkü Məcəlləsinin 139 - cu maddəsinə  "Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı", 152 - ci maddısinə "Mülkiyyət hüququnun anlayışı və məzmunu" əsasən daşınmaz əmlaka görə vətəndaşların hüququ və əmlakın qeydiyyat məsələləri tənzimlənir. 

Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyinin bizə verilmiş hüquqlqrında məhrum edilmişik. Yaşadığımız mənzilə qeydiyyata düşə bilmirik. Ölkəmizin ictimai həyatında, keçirilən seçkilərdə iştirak edə bilmirik. Belə ki, hər bir sakin müxtəlif ünvanlarda, bölgələrdə qeydiyyatdadır. Əmlak hüququmuzla yanaşı, seçki hüquqlarımız da pozulur.

Dəfələrlə müxtəlif dövlət orqanlarına müraciətlər etsək də, qəbullarda olsaq da bu günə qədər bizim problemlərimizlə əlaqədar müsbət irəliləyişlər olmamışdır. Məmurlar tərəfindən müxtəlif vədlər verilsə də, verilən vədlər yerinə yetirilməmişdir.

Vətəndaşlara yaradılan bütün bu problemlərin başında da "Tac Mahal" MTK - nın rəhbərliyi Vilayət Talıblı durur. Müddət keçdikcə, sakinlərin problemini həl etməkdənsə, idarəçiliklərində olan binaya məsuliyyətsiz yanaşırlar. Belə ki, sakinlərdən kommunal haqq yığılmağına baxmayaraq, binanın liftlərinə vaxtı-vaxtında texniki qulluq edilmir. Dəfələrlə ləflərdə qəza vəziyyəti yaranmışdır.

2017 - ci ilin aprel ayında toy mərasimi zamanı lift qırıldığından xəsarət alanlar olmuşdu. Bu barədə FHN - də və təcili yardım satansiyasında qeydlər vardır. Liflər müntəzəm olaraq işləmir, sakinlərin liftdə köməksiz qalmaq halları tez-tez baş verir. Bu barədə FHN - liyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi məlumatlar verilmiş, lakin heç bir tədbir görülməmişdir. Binanın antisanitariya hökm sürür. Heç bir mühafizə olmadığından, binanın həyəti və bina nəzarətsiz qaldığından son dövr ərzində binada oğurluq hadisələri də olmuşdur.

Sakinlərlə heç bir razılaşma olmadan binaya kənar idarəedici təyin edilmişdir. Yığılan kommunal haqqlarının xərclənməsində qeyri-şəffaflıq hökm sürür. Belə ki, binanın işməli su basseyni 10 ilə yaxındır ki təmizlənmir.

MTK - nın sahibi Vilayət Talıblı binada qoçular saxlayır. Vüsal adlı kürəkəni  aktiv sakinlərin qarşısını kəsib hədə-qorxu gəlir. Bu barədə tərəfimizdən Daxili İşlər Nazirliyinə müraciət ünvanlamışıq. Binanın komendantı aktiv sakinlərə pul təklif edib ki, mənimlə işiniz olmasın və yığılan pulları sizinlə bölüm. Biz isə halal haqqımızı, mənzillərimizin mülkiyyət hüququnu təsdiq edən sənədlərimizi istəyirik.

Möhtərəm Prezident,  bu məktubla Azərbaycan Respublikasının vətəndaşları olaraq Azərbaycan Respublikasının Konstutusiyasının və qanunvericiliyinin bizə verdiyi  hüquqların bərpasının təmin edilməsini xahiş edirik. Bizə mənzilimizə mülkiyyət hüququmuzu təsdiq edən şəhadətmanin verilməsini istəyirik. 

Ümid edirik ki, bu müraciətimiz cavabsız qalmayacaq, illər boyu həsrətində qaldığımız yaşayış mənzilimizə olan mülkiyyət hüququmuzu təsdiq edən qeydiyyat şəhadətnaməsini ala biləcəyik."

Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 3007-ci məhəllə 44c ünvanında inşa edilmiş yaşayış bunasının sakinləri

Ağalar Cavadov
A.Q.Qasımov
Etibar Şəkinski
Ələkbərov Asif
Bəxtiyar Mehdiyev
Hacızadə Əlimürsəl
Qurbanov Səfər
Qələndərov Elçin
Hüseynov Əsgər
İbrahimov Mehman
Qənbərov Bəxtiyar
Hacıyev İltifat və 128 sakin

P.S. Onu da qeyd edək ki, sakinlərin redaksiyamıza müraciəti əsasında video çəkiliş qrupumuz həmin ünvandan reportaj hazırlayaraq yayımlamışdıq. Həmin gün təəssüf ki, "Tac Mahal" MTK - nın rəhbərliyi Vilayət Talıblı ilə (0502130808) əlaqə saxlayıb, görüşmək istədiyimizi bildirsək də, bizə  rayonda olduğunu və Bakıya gələndə açıqlama verəcəyini bildirdi.
Bundan başqa, "Tac Mahal" MTK - nın hüquqşünası kimi tanınan Bəhlul (0505363195) adlı şəxs problemin hüquqi çərçivədə həll olunacağını bildirmək əvəzinə bizə hədə-qorxu gələrək, 
başımızın ağrıyacağını bildiridi. Düşünürük ki, hüquq-mühafizə orqanları və adiyyəti qurumlar, bununla bağlı lazımi tədbir görəcəklər.

Millətinsəsi.info

Bənzər xəbərlər

Gündəm