TənqidMar 16

Azər Rəhimov: Bakı Qazax Yolunda yerləşən 8-ci Tağımın əməkdaşları Qarabağlıları incidir

Reksiyamızın elekton ünvanına müraciət edən Ağdam rayon sakini Rəhimov Azər Nəsib oğlu bildirir ki, martın 15 səhər radələrində Ağdam rayonunun Quzanlı kəndinə ailəmlə birlikdə yas yerinə gedirdim. İdarə etdiyim avtomobilimi demək olar ki, yol hərəkəti haqqda qanunlardan kənara çıxmadan idarə edirəm Ona görə ki, ailəmin elə bir güclü maliyyə imkanları yoxdur ki, tez-tez qanunları pozub ailəmin büdcəsindən cərimə olaraq dövlətin büdcəsinə ödəyim. Elə bu baxımdan da ayın 15 səhər radələrində Ağdama gedərkən 02 BX 500 Dövlət Nömrə Nişanlı avtomobilimi tam qanunlarla idarə etdiyim halda Bakı Qazax yolunun təxminən 280-ci kilometrində yerləşən 8-ci Tağımın əməkdaşı olan cavan bir inspektoru işarə edərək avtomobilimi saxlama işarəsi verdi. Məndə adəti üzrə avtomobilimi yolun kənarına çəkərək saxladım. Mənə yaxınlaşan polis serijantı sənədlərimi tələb etdi. Mən bildirəndə ki, hansı səbəbdən məni saxlamısız, səbəb nədir? Ancaq onu bildirdi ki. xahiş edirik posta yaxınlaşasız. Məndən əvvəl avtomobnilimdən döşən qardaşım polis əməkdaşına yaxınlaşdı ki, yas yerinə gedirik bizi ləngitmə xahiş edirik. İnspektor çəkinmədən və əsassız yerə 20 manat verin gedin bildirdi. Ancaq bu haqqsızlığa dözə bilməyib əsəbləşdim. Postun kimandirinə etiraz edən də ki, əsassız yerə məndən 20 manat istəməyə hansı əsasınız var? Komandir isə sualıma cavab vermək əvəzinə bu dəqiqə səni soxduracam içəri sən məmurları təhqir etmisən. Bildirən də ki, mən İnfakt keçirmiş və şəkər xəstəsi olan bir adamam. Torpaqların itirmiş didərgin həyatı yaşan birisiyəm, axı mən öz doğma yurduma yuvama adicə bir yas yerinə getmək üçün, heç bir qayda qanun pozmadan niyə 20 manat şirinlik ödəməliyəm sualıma yenə də heç bir cavab ala bilmədim. Ancaq bu sözlərimdən bir balaca yumuşalan komandir Etibar müəllim getməyimə icazə verdi. Ancaq avtomobilimi saxlayıb xəstə ürəyimi yenidən xəstələndirib şəkərimin qalxmasına insulin qəbul etməyimə səbəb olandan sonra mənə olunan hörməti hörmətsizlik sayıram. Mən Ali Təhsilli bir Mühəndisəm. Sizlərdən xahiş edirəm mənim bu məktubumu Daxili İşlər Naziri, çox hörmətli cənab Raqmil Usubova çatmasına da mənə yardımçı olasız.
Azər Nəsib oğlu Rəhimov
reportyort.tv
 
 
Azer Rehimov adlı şəxsin şəkli.

Bənzər xəbərlər

Gündəm