KarikaturaJan 08

Xırdalanın başına “daş düşüb”- bir gün işıq yoxdu, bir gün su, bir gün qaz

Bu gün səhər tezdən Xırdalanda, Quşçuluq Massivi deyilən ərazidə elektrik enerjisi kəsilib.

Dünən isə qaz təhcizatı 8 satlıq dayandırılmışdı. Ondan əvvəlki gün isə su yox idi.

Xırdalanın başıbəlalı sakinləri Mozalan.az-a şikayətlənirlər ki, Azərişıq, Azərsu, və Azəriqaz onlara darıxmağa qətiyyən imkan vermirlər.

Qışın günündə əhali survivor yarışması keçirir.

Sakinlər deyir ki, Xırdalanbın şəhərə oxşadığı son günlər Zakir Fəreəcovun Sumqayıta gedişi ilə bitdi.

İnun vaxtında icra başçısının sözünün qüvvəti və təsiri vardı. Bəli, onda da işiq, qaz, su problemi olurdu. Amma tez bir vaxtda həll olunurdu.

Abşeron Azərişığa Nemət Qasımov təyin olunandan şəhərdə normal elektrik təhcizatı yoxdu. Qışda işıqların sönməsinə haqq qazandırır ki, yayda isti oldu deyə, xəttləri indi təımir edirik.

Azərsudan danışmağa dəyməz. Kanalizasiya və su xəttlərinin dəyişdirilməsi bu qurumun necə naşı, hansı dərəcədə korrupsiyaya uğramasını aşkara çıxardı. Bir yeri 5, hətta 10 dəfə qazmalarına baxmayaraq yenə sızmalar olur. Xırdalanın onsuz da fərli olmayan yollarını xarabaya çevirən bu qurum fakti olaraq icra başçısı İradə Gülməmmədovanı zərbə altda qoyub. Çünki palçıqlı yollardan  məhz icra hakimiyyətinə şikayətə gedilir. Yuxarı instansiyalara da vətəndaşlar şikayət edəndə məhz yerli İH-ni günahkar bilir.

Qismən də haqlıdırlar. Yolları Azərsu ASC necə dağıdıbsa elə təmir etməlidir. Ancaq etmir. Etmirsə yerli icra onları məcbur etməlidir. Buna nail ola bilmirlərsə demək sözləri keçmir.

Əhalini qışın günündə qaz, su, işıqla imtahana çəkmək, dövlətə, dövlətçiliyə qarşı narazı salmaq yaqin kimləırə sərf edir.

 

 

Bənzər xəbərlər

Gündəm