GündəmJan 07

“Bu qəzet niyə Mehman Hüseynov üçün göz yaşı axıdır?” - deputat

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev "Washington Post"da Azərbaycanın hədəfə alındığı növbəti yazıya münasibət bildirib.

Modern.az xəbər verir ki, Sahib Alıyev bununla bağlı qeyd edib:

“"Washington Post"da yenə ölkəmizin hədəfə alındığı növbəti yazı dərc edilib. Hətta ABŞ Prezidenti Trampın da total saxtakarlıqda suçlandırdığı bu qəzet bildirir ki, bizdə hazırda 10 jurnalist həbsdədir. Sadəcə iki sual vermək istərdim və ilk baxışda elə təsir bağışlamasa da, hər ikisi ritorik olacaq. Birinci sualım budur ki, əgər o 10 nəfər ingilis dilini mükəmməl bilsəydilər, onlardan hər hansı birini "Washington Post" da, yaxud da qərbdəki başqa bir media qurumunda jurnalist kimi çalışmağa qoyardılarmı və fəaliyyətlərini jurnalistika sayardılarmı? İkinci sualımsa budur ki, "Washington Post" nədən öz köşə yazarı, həm də bu qəzetin səhifələrində dərc etdirdiyi yazılarına görə tikə-tikə doğranan Camal Qaşıqçını qoyub, jurnalistikanın "j"sindən belə anlayışı olmayan, Mehman Hüseynov və digərləri üçün göz yaşı axıdır?”.
 

Bənzər xəbərlər

Gündəm