XəbərDec 23

Kriştiano Ronaldo yanvarda məhkəmə qarşısına çıxacaq

Turinin "Yuventus” klubunun hücumçusu Kriştiano Ronaldonun vergidən yayınması işi üzrə məhkəmə iclası yanvarın 21-də İspaniyada keçiriləcək.

 Ronaldonun təqsirini etiraf edəcəyi və İspaniyanın vergi orqanları ilə bundan əvvəl bağladığı müqaviləyə əsasən iki il şərti cəza alacağı gözlənilir. Bundan başqa, futbolçu 19 milyon avro həcmində cərimə ödəyəcək.

Kriştiano Ronaldo 2011-ci ildən 2014-cü ilədək olan dövrdə 14,7 milyon avro vergi fırıldaqçılığında ittiham edilib. İttiham tərəfinin fikrincə, portuqaliyalı gəlirlərini gizlətmək məqsədilə saxta şirkətlərdən istifadə edib. Bununla yanaşı, ittiham futbolçunun əməkhaqqına aid deyil və yalnız imic hüquqlarının istifadəsindən gələn gəlirlərə şamil olunur.

2009-cu ildən Madridin "Real” klubunda çıxış edən Kriştiano Ronaldo 2018-ci ilin iyulunda Turinin "Yuventus” komandasına keçib.

Bənzər xəbərlər

Gündəm