XəbərNov 30

“Araz” Supermarketlərində saxta sular satılmır- MÜNASİBƏT

“Araz” Supermarket MMC – nin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Billurə Əmirova Mozalan.az-ım redaksiyasına dərc edilmiş yazı ilə bağlı müraciət edib: 

 

 

"Hörmətli  redaksiya, “ Bakıda ermənilərin istehsal etdiyi saxta “Yessentuki” suları satılır”  başlıqlı xəbərinizdə Araz və Favorit marketlərin adları çəkilib. Yaxşı olardı ki, xəbəri dərc edərkən, bizim mövqeyimizi öyrənərdiniz. Xahiş edirəm, aşağıda qeyd olunan açıqlamanı nəzərə alasınız.

 

Araz və Favorit supermarketlər şəbəkəsi adıçəkilən suların nə idxalçısı, nə də sifarişçisidir. Araz supermarketlər şəbəkəsi yalnız Zapovednik Zdorovya sularını idxal edir. Bu sular isə Rusiyanın Stavropol şəhərində istehsal olunur. Ümumiyyətlə, Araz, Favorit supermarketlər şəbəkəsində heç bir saxta məhsulun satışından söz gedə bilməz."

 

Bənzər xəbərlər

Gündəm