XəbərNov 14

Lenini dəfn edirlər? - Rezin kukla ilə əvəz olunması təklif edilir

Rusiyanın Leninqrad vilayətinin Qanunverici məclisinin deputatı Vladimir Petrov Vladimir Leninin nəşinin basdırılması məsələsinin həlli üçün xüsusi komissiya yaratmağı təklif edib.

Onun fikrincə, inqilabın rəhbərini 2024-cü ildə vəfatının 100-cü ildönümü münasibətilə vida mərasimi təşkil etməklə dəfn etmək lazımdır.

Bununla belə, deputat bildirib ki, Mavzoleydə V.Leninin meyitini mum və ya rezin-polimer surəti ilə əvəz etmək olar.

"Bunun müsbət nəticəsi büdcəyə xeyli qənaət olacaq. Belə ki, Leninin meyitinin olduğu kimi saxlanması bahalı prosedurdur".
 

Bənzər xəbərlər

Gündəm