KarikaturaNov 12

Əlixan  Zeynalovun “and”ı- Kim bu puldan bir manat artıq alsa...

Mozalanın qulağına gəlib çatıb ki, Şirvanda sürücülük məktəbləri var, orda oxuyan olmasa da hər ay xeyli tələbə guya ki, kurs keçib qurtarır. Məktəbin müəllimlərindən biri deyir ki, “Ay mozalan, sən Allah o iynəni bizdən uzaq et. Bax, guya uşaq gəldi, lap oxudu, maşını əla idarə etdi,yol hərəkəti qaydalarının hamısını öyrəndi. Nə olsun. Axı bizim “Mero”nun öz qayda-qanunun var. Pulsuz bir adam sürücülük vəsiqəsi ala bilməz.

Şirvan 4 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəisi Əlixan Zeynalov inanclı adamdı . Hazi Mazanın qardaşıdı.  Əvvəl Lənkəranda işləyib, ora “tort” qoyandan sonra Şirvana təyinat alıb.

Bura gələndə də, paqondakı ulduza and içib ki, Şirvanda korrupsiya olmayacaq. “Prava”ya rəsmicə 1000 manat pul istənilir. Kim bu puldan bir manat artıq alsa rəis basıb gözün çıxardar. Adamın üstündə Allah var, çox gözütox adamdı.

Amma bir işçisi var Bilal Əliyev. Rəsmən maklerlik edir. Qiyməti bəzən 1500-ə qaldırır. Əlixan müəllim bilsə onu iki böləcək. Sadəcə xəbəri yoxdu.

Odur ki, bizi sancma ay Mozalan qağa. Day vəziyyəti bildin.”

Bənzər xəbərlər

Gündəm