CəmiyyətNov 06

Mehriban Əliyevanıln ayırdığı yardımı satıb - BİLƏSUVAR DSMF-NİN SƏDRİ

“CƏNAB PREZİDENT, FOND RƏHBƏRİ FƏRASİM ƏLİYEV MEHRİBAN ƏLİYEVANIN AYIRDIĞI YARDIMI SATIB…”



Dövlət Sosial Müdafiə Fondunun yerli şöbə müdiri Fərasim Əliyevin qanunsuz əməllərindən şikayət edən, Biləsuvar sakini Əlizadə Nəhmədağa oğlu göndərdiyi məktubunda DSMF müdiri barədə prokurorluğa şikayət göndərib. Müraciəti cavabsız qalan rayon sakini prezidentə faktlar açıqlayıb.
Həmin məktubda qeyd olunan faktları oxuculara təqdim edirik: “Bu gün Əmək və Əhalinin Sosial müdafıyə Nazirliyində və onun rayon şöbələrində kitab-dəftər yerli dibli itib.
Xüsusilə Biləsuvar rayon şöbəsində… Yaranmış şəraitdən eləcə də çəzasızlıq mühitindən sui istifadə edərək toxunulmazlıq status əldə edən, Biləsuvar rayon Dövlət Sosial Müdafiyə Fondunun başında duran (müdiri) Fərasim Əliyev və onun bəzi ,əməkdaşlarının çirkin iş metodları hər kəsə bəllidir;
Harınlıq əndazəsi o dərəcəyə çatıb ki, H.Əliyev Fondunun dəstəyi ilə bu ilin yeni il qabağı aztəminatlı ailələrə verilən 560 ailəyə nəzərdə tutulan yardım paketlərinin yalnız 50-60 nəfərə catdırıldı yəni öz adamlarına verildi qalanları marketlərədə satılaraq vəsait mənimsənildi.
Eləcə də aztəminatlı ailələrə ayrılması nəzərdə tutulan müavinətlər,ünvanlı yardımlar
müxtəlif qeri-leqal yollarla mənımsənilir.
Əlillərə pensiya təyinatlrında stajlar düşünülmüş halda arxiv idarəsi ilə sövdələşmə nəticəsində saxtalaşdırılır. Əmək pensiyaların təyinatlarında stajların toplanması və hesablanmasında,əməkaşların şərtlərinə razı olmayanların işi düşür əngələ…
Məcburi sığorta ödəmələrində cox ciddi nöqsanlara yol verilir,sənədlərin rəsmilləşdirilməsi şəxsi maraqlara xidmət edir. Komersiya strukturlarında ,özəl təşklatlarında məcburi sığorta ödəmələrin toplanmasında onların hesabatlarını fond əməkdaşları özləri hesablayır,özəl strukturlar fəaliyyətsız kimi göstərilir. Fond çirkli pullarını öz adamlarına daplata deyilən ödəmə vasitəsilə aparır. Ataların deyimində “,deyirlər başına gələn başmaqcı olar“.
Bir necə ay bundan əvvəl əmək pensiyasına cıxmağımla əlaqədar olaraq Biləsuvar rayon DSMF nun əməkdaşı Ümid Əsədov cənablarına sənədləri təqdim edəndə bir çox bürokratık əngəl yaratmağa calışdı.
Stajın hesablanmasında bilərəkdən səhv hesablamışdı,bunu etiraz edəndə:-”Gərək bizimlə razılaşasan yoxsa işin alınmayacaq bizim yükümüz ağırdı,rivizorları yola salırıq,qonaqlar olur,biz də sizing əlinizə baxırıq”.
Mən bu sövdələşməyə razılaşmayanda: Onda “ get hara istəyirsə şikayət et,naxır yerli-dibli itib sən haqq axtarırsan”.
Fondun müdiri Fərasim Əliyevin qəbulunda olub baş verənləri ona nəql etdim.O, uzun-uzadı söhbət əsasında ;-Bizim xərcimiz cox cıxır,rayonumuzda aparılan tədbirlər bizim boynumuzdadır,aylıq yükümüz var,qonaqlar gəlir” və sair.
Mən əlavə edib dedim ki,bizə qanun cərcivəsində əmək pensiyasının təyinatını tələb edirik. Pensiya haqqında yeni qanunun tətbiqi Prezidenin 24.04.2018 ci.il 1078,VQ.D.nömrəli fərmanla tətbiqinə başlanıb.
Bu qanuna əsasən,mənim pensiya təyinatım köhnə qayda ilə aparılmalıdır.Fondun müdiri Fərasim müəllim əlavə etdi; Yazılmayan qanunlarda var.
Baş barmaqı ilə axasındakı portretə işarə edərək, “bizlik deyil onluqdur”deyəndə bir daha yəqin etdim ki, bu kimi postuna layiq olmayan kadrlardan bundan artıq heç nə
gözləmək olmaz və sair
Bir daha aydın oldu ki,Biləsuvar rayon Sosial Müdafiyə Fondunda dərinləşməkdə olan, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, süründürməçilik ayaq tutub yeriyir.
Yuxarıda söylədiyim ciddi qanun pozuntuları barədə Korrupsiyaya Qarşı Baş idarəsinin rəisi Kamran Əliyev cənablarına 20.06.2018 ci il tarixində şikayət ərizəsi göndərdim.
Bu günə kimi şikayətim nəinki araşdırılıb, heç cavab verilməyib. Yenidən 31.07.2018 ci il tarixində Azərbaycan Respublikasının Baş Prakuroru Zakir Qaralov cənablarına şikayət ərizəsi ünvanladım.
Görünür vətəndaşların müraciəti haqqında Azərbaycan Respublikası qanunun 7-10 maddəsi qəbul olunarkən ölü döğulub.
Cənab Prezident ,Sizin Korrupsiyaya Qarşı mübarızə tədbirləri haqqında 2000-ci il 28.oktyabr tarıxli 135 nömrəli fərmanızda deyilir:
Korrupsiya ilə hüquq pozuntuları barədə verilən şəxsi materiallar maraqlı tərəfə və ya dolaysı ilə maraqlı olan şəxslərə korrupsiya ilə hüquq pozuntularla bağlı araşdırılması həvalə edilə bilməz.”



GundemXeber.Az

 
 

Bənzər xəbərlər

Gündəm