XəbərNov 05

Yasamalda bir gecədə 15 maşın qarət olundu - Onlardan biri ATV-nin əməkdaşınındır (FOTO)

Azərbaycanda jurnalistin avtomobili qarət edilib.
 
Hadisə paytaxtın Yasamal rayonu, ikinci Alatava küçəsində baş verib.
 
"Azad Azərbaycan" televiziyasının əməkdaşı İlkin Nadirova məxsus 99-LD-670 dövlət qeydiyyat nişanlı "Mercedes Benz" markalı maşından oğurluq ediblər. Şüşəni sındıran şəxslər avtomobildən 60 manat pul, bank kartları və "Samsung" markalı mobil telefonu oğurlayıblar. 
 
Zərərçəkən başına gələn xoşagəlməz hadisə ilə bağlı DİN-nin "102 qaynar xətti"nə məlumat verib. Yasamal rayon 29-cu Polis Bölməsinin əməkdaşları faktla bağlı araşdırma aparırlar.
Qeyd edək ki, hadisə baş verən gün Yasamal rayonunda bir gecədə 15 maşın qarət olunub. Onlardan 3-ü  Alatava küçəsində qeydə alınıb. 
 
 
 

Bənzər xəbərlər

Gündəm