KarikaturaNov 01

2 saylı Doğum Evində hamilələrin həm özləri həm ərləri “doğuzdurulur”

 

Doğum təkcə şəxsi, fərdin özünə bağlı məsələ deyil. Zaman-zaman biz tarixi proseslərdən də, aldığımız bilgilərdən də görmüşük ki, müəyyən quruluşlar, hakimiyyət doğuşu siyasi ideologiyanın bir qolu kimi qəbul edib.

Məsələn, Sovet dövründə çox uşaq doğurdunsa, qəhrəman ana sayılırdın. Çünki çox uşaq doğulması bir o qədər işçi qüvvəsi, kolxozçu, pambıqçı demək idi. Yəni sən tək özün üçün uşaq doğmursan, həm də dövlətin üçün bir vətəndaş dünyaya gətirirsən. Ona görə də bu gün bu proses kontroldan çıxıbsa və dövlətin bu prosesə nəzarət etmək məqsədi varsa, doğumun qarşısını almaq dövlət proqramına daxil ediləcək qədər önəmli məsələdir.

Indi doğmaq əvvəlkindən daha çətindi. Əvvala qida rasionumuz fərli deyil. Qadınlı kişili hamıda müxtəlif viruslar var ki, bunlar müalicə olunmasa uşağın xəstə doğulması ehtimalı 90 faizdir.

İkinci bir tərəfdən doğuş prosesinin özü bahadır. Özəl xəstəxanalarla dövlət xəstəxanaları arasında qiymət barəsində ciddi fərq yoxdur. Halbuki özəllərdə palatalar, səliqə-səhman ,keyfiyyət fərqi bariz nəzərə çarpır.

Pulsuz olan dövlət səhiyyə ocaqlarında isə xəstələrdən hər addımbaşı pul istənilir.

Mozalan.az-a verilən məlumata görə Bakıxanov qəsəbəsində yerləşən 2 saylı Doğum Evində özbaşınalıqlar baş verir. Doğum Evinin müdirəsi Mehriban Abasquliyeva sözün həqiqi mənasında bazar açıb. Belə ki, sözügedən tibb ocağında ana olmaq istəyənlər əsl soyğuna məruz qalır. Onlara palatadan tutmuş, dərmana qədər hər şey satılır. Qeyd edək ki, Abasquliyevanın təlimatı əsasəndə hətta kiçik tibb bacısı belə xəstənin yanından «ver görüm» demədən keçə bilməz. Əldə etdiyimiz məlumatlara görə, 2 saylı Doğum Evində palatalar iki yerə bölünür. Birinci yerə adi palatalar aiddir ki, onun üçün elə də pul tələb olunmur. Amma ikinci yerə daxil olan palatalar isə tam komfortludur. Xəstələrdən biri deyir:

«Divarda televizor, küncdə soyuducu, yumuşaq döşək sərilmiş çarpayı, uşağın rahat yatması üçün beşik, kondisioner və sairə. Hərçənd bu otaqlara baxan tibb bacıları xəstələrin «dərisini soymaq»dan xüsusi həzz alırlar. Çünki 1-ci dərəcəli palatada hər hansı bir xidmət üçün 1-2 manat istəyirlərsə, digərində bu rəqəm 5 manatdan başlayır. Otağın həftəlik qiyməti isə 150 manatdır. Təsəvvür edin ki, qapıdan içəri girən kimi, durumuna baxan yoxdur. Yalnız pul tələb edirlər. Filan şeyə pul ver, filan şey yoxdur, ona da pul ver. Bu proses cərrah bıçağı altına düşənə qədər davam edir. 2 saylı Doğum Evində bəri başdan pul verilməsə, adam xəstəxananın ortasında ölsə belə yenə onu doğuşa qəbul etmirlər».

 

Görəsən cibində hakim partiyanın vəsiqəsin daşıyan bu xanım prezidentin korrupsiya aşdığı savaşdan xəbəri yoxdu, yoxsa qanuna , dövlət başçısının tapşırığına əməl etmək sərf eləmir?

Qarşı tərəfi dinləyə bilərik.

Bənzər xəbərlər

Gündəm