TənqidAug 10

Göynən gedən AZAL şefini endirən OLACAQMI? - Kimsəni saya salmırlar...

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı Heydər Əliyev Hava Limanında baş verən özbaşnalığı, sərnişinlərə qarşı sayğısızlığı sərt tənqid edib. S.Rüstəmxanlı Feysbuk hesabında bildirib ki, insanlar hava limanında saatlarla gözləyir, onlara gecikən reyslərlə bağlı heç bir dolğun informasiya verilmir:“200 kişi, Azərbaycan vətəndaşı. Bakı Heydər Əliyev Hava limanında 10 saata yaxındır oturub Minvoda uçmaq üçün təyyarə gözləyirlər. Bir o qədər insan da o başda Bakıya uçmaq üçün Təyyarə meydanında yatıb qalıb. Bir kəlmə söz deyən, bu yubanmanın, məsuliyyətsizliyin, xalqa sayqısızlığın səbəbini izah edən yoxdur. Belə şərəfsizlik, belə qanunsuzluq olar? Niyə xalqın əsəbləriylə oynayırlar?”.

Baş verənlərlə bağlı “Sherg.az”a danışan iqtisadçı-alim Nazim Bəydəmirli vurğulayıb ki, millət vəkilinin yazdığı status bir çox məqamlara işıq saçır:

“Sual etmək lazımdır ki, niyə Azərbaycan vətəndaşları öz bölgələrimizdə istirahət etmir?. Bunun səbəbi monopoliya, inhisarçılıq, qiymət artımı və xidmətin aşağı olmasıdır. Belə bir ənənə mövcuddur ki, Azərbaycanın orta səviyyəsindən yuxarı yaşayanların böyük əksəriyyəti daha çox Minvo və Şimalı Qafqazda olan regionlara istirahatə gedirlər.

Ola bilsin ki, oradakı infrasturuktur daha çox əlçatandır. Lakin təbiətimiz heç də onlardan geri qalmır. Amma nəticə etibarı ilə ölkəmizdəki yüz minlərlə adam digər ölkələrə istirahətə gedirlərsə, deməli, milyardlarla vəsait ölkədən çıxır. Bunun ölkəyə yönəldilməsi hökumət üçün bir siqnal olmalıdır”.

N.Bəydəmirli söyləyib ki, AZAL nə hökuməti, nə dövləti, nə də vətəndaşları sayır:

“Çünki bu qurum korrupsiya içərisində boğulur. Təsadüfi deyil ki, dövlət başçısı da bu barədə bir neçə dəfə danışıb. Digər şirkətlər monopoliya ucbatından Azərbaycan aeroportuna uçmaqda maraqlı deyillər.

Belə şirkətlər ölkəmizdən kənar gəzir. Qiymətlərin baha olması və başqa şirkətlərin ölkəmizə gəlməməyi baxımından vətəndaşların seçim imkanı yoxdur.

Ona görə AZAL-dan bilet almağa məcbur olurlar. Hesab edirəm ki, millət vəkili statusunda olan şəxslər bölgələrimizdə istirahət etsələr, vətəndaşlarımızı da buna təşviq edə bilərlər”.

Bənzər xəbərlər

Gündəm