TənqidJun 08

KAT Holdinqin sahibi Elçin Ələkbərovun məhkəməsi başlayır – Onu hansı cəza gözləyir?

Bir  neçə  ay əvvəl  ölkə  mətbuatında  Bakıda şirkət rəhbərinin  həbs edilməsi ilə bağlı informasiya dərc  olunmuşdu. 

 

  APA-nın  yaydığı  xəbərdən bəlli olurdu ki,  "KAT Holdinq” MMC-nin təsisçisi Elçin Ələkbərov Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirli bilinib.  Və Binəqədi rayon Məhkəməsinin qərarı ilə E. Əkbərov barəsində həbs qətimkan tədbiri seçilib.

Onu da  qeyd edək ki, mətbuatda  Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) layihəsi olan Yasamal Yaşayış Kompleksindən mənzil alan bir neçə vətəndaşın narazılığı ilə bağlı məlumat yayılıb.

Şikayətlər əsasən Yasamal Yaşayış Kompleksindəki 27, 28 və 29 nömrəli binalarla bağlı olub. Vətəndaşlar mənzil aldıqları binalarda təmir-tikinti işlərinin tam olaraq yekunlaşmadığını, həmçinin aldıqları mənzillərə daxil ola bilmədiklərini bildiriblər.

 

MİDA məsələ ilə bağlı açıqlama verərək izah edib ki, adı çəkilən binalar "KAT Holdinq” MMC ilə bağlanmış müqavilənin şərtlərinə əsasən inşa edilməli idi, ona görə də məsuliyyəti "KAT Holdinq" MMC daşıyır.
İstintaq  zamanı  məlum olub ki, "KAT Holdinq” MMC-nin qeyd edilən binaları təhvil verməməsinin və vətəndaşların şikayətlərinin başlamasının səbəbi holdinqin təsisçisi Elçin Ələkbərovdur. 

İstintaq zamanl  Elçin Ələkbərovun eyni mənzili  bir neçə  nəfərə satması, hətta Litva vətəndaşı Povilas Pociusa 3 milyon 26 min manat "atmas"ı məsələsi də ortaya çıxıb. 

Aldanan, zərərçəkən  vətəndaşların şikayəti əsasında  Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb və Elçin Ələkbərov   holdinqin pulunu mənimsəməkdə ittiham edilib.

Redaksiyamıza daxil olan məlumata  görə, növbəti həftə "KAT Holdinq" MMC-nin təsisçisi  Elçin Ələkbərovla bağlı cinayət işinə  məhkəmədə baxlacaq. Onu  hansı cəza gözləyir? 

Bu barədə  növbəti yazıda  vəkillərin fikrini öyrənməyə çalışacağıq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.  

Kivnews.com

Bənzər xəbərlər

Gündəm