XəbərJun 02

"Aİ-95" markalı benzin Ermənistanda Azərbaycandan ucuzdur - FAKT BUDUR!

Bu gün Azərbaycanda "Aİ-95" ("Premium") markalı benzinin qiyməti 12% bahalaşaraq 1 manat 25 qəpikdən 1 manat 40 qəpiyə (0,68 avro) yüksəlib.
Yeniavaz.com xəbər verir ki, bu bahalanmadan sonra Azərbayacan region ölkələri arasında Aİ-95” markalı benzinin qiymətinə görə 4-cü sıraya geriləyib.
Region ölkələri arasında “Aİ-95” markalı benzinin ən ucuz qiymətə satıldığı ölkə Rusiyadır. Rusiyada “Aİ-95” markalı benzinin 1 litrinin qiyməti 0,55 avro (1,13 manat) təşkil edir.
İnternet resurslarda yer alan məlumatlara görə hazırda Belarusda “Aİ-95” markalı benzinin 1 litrinin qiyməti 0,63 avro (1,30 manat), Ermənistanda 0,66 avro (1,36 manat), Gürcüstanda isə 0,74 avro (1,53 manat) təşkil edir.

Rusiya – 0,55 avro
Belarus – 0,63 avro
Ermənistan – 0,66 avro
Azərbaycan – 0,68 avro
Gürcüstan – 0,74 avro

Məlumat üçün qeyd edək ki, bu ilin ilk 3 ayı ərzində Azərbaycana xaricdən 26 min 277,71 ton (35 milyon 28,2 min litr) “Aİ-95” markalı benzin gətirilib. Ölkəyə idxal olunan “Aİ-95” markalı benzinin 1 litrinin gömrük dəyəri 0,39 avro (81 qəpik) olub.

Bənzər xəbərlər

Gündəm