XəbərApr 21

DİM ittiham olundu - "Kimya fənninin irəli çəkilməsi..."

“Azərbaycanın rəqəmsal dünyasının ən absurd qərarlarından biri: “İnformatika müəllimliyi” ixtisasını seçənlərin informatikadan deyil, kimyadan qəbul imtahanı vermələridir”. Bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
“Dəfələrlə bu məsələ DİM və Təhsil Nəzirliyi qarşısında qaldırılıb. Uzun-uzadı müzakirələr aparılıb. Belə görünür ki, bu il də İKT yönümlü ixtisası, o cümlədən informatika müəllimliyini, proqramlaşdırma ixtisaslarını seçənlər informatika əvəzinə, kimyadan qəbul imtahanı verəcəklər. Deməli, hələ də DİM və TN bununla bağlı daxili problemlərini həll edə bilməyiblər”- deyə, o, bildirib.
Təhsil eksperti Nabatəli Qulamoğlu “Şərq”ə açıqlamasında O.Gündüzün sözügedən fikirlərinə münasibət bildirdi:
“Doğrudur, fənlər arasında daxili əlaqə, qruplaşma var. Lakin mən son vaxtlar kimya fənninin irəli çəkilməsini başa düşə bilmirəm. Fikrimcə, bu, DİM-dən qaynaqlanır. Bəlkə də, yanılıram, lakin bu fənnin irəli çəkilməsi Məleykə Abbaszadənin kimyaçı olması ilə əlaqələndirilə bilər. Hərçənd kimya ölkəmizdə o qədər də inkişaf etməyib və informatika müəlliminin hazırlanması üçün bu fənnin tədrisi kifayət deyil. Odur ki, yanaşma səhvdir”.

Bənzər xəbərlər

Gündəm