XəbərMar 23

Vilayət Eyvazov Şəmkir və Bərdə postlarına yeni komandirlər təyin etdi - ƏMR

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayında kadr dəyişikliyi edilib. Bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 
 
Avtosfer.az xəbər verir ki, nazirin əmri ilə polis kapitanı Elnur Zeynalov YPX Alayının 9-cu tağımının komandiri vəzifəsindən azad olunaraq, 5-ci tağıma (Bərdə postuna) komandir təyin edilib. Nazirin digər əmri ilə polis leytenantı Zaur Məmmədov Alayın 9-,cu tağımına (Şəmkir postuna) komandir vəzifəsinə təyin edilib.

Bənzər xəbərlər

Gündəm