GündəmMar 18

O zamankı Azərbaycan rəhbərliyi xalqı necə aşağılayıb? – İNANILMAZ FAKTLAR

“SSRİ-nin saxlanılması ilə bağlı keçirilən referendumdan düz 30 il keçir. 17 mart 1991-ci ildə SSRİ-nin son çırpıntısı olaraq referendum keçirildi. Baltikyanı respublikalar, Moldova, Gürcüstan və Ermənistan referendumun keçirilməsindən imtina etdilər”.

KONKRET.az xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli məlumat paylaşıb. O bildirib ki, Azərbaycan rəhbərliyi həm canla-başla referenduma getdi, həm də 1990-cı il qanlı Yanvar hadisələrindən sonra milləti heçə sayaraq Kremlə baş əymək üçün növbəyə durdu: “Güya, seçicilərin 75,1% iştirak etdi, güya 93,3% SSRİ-nin saxlanılmasına səs verdilər – o zamankı Azərbaycan rəhbərliyi xalqı aşağıladı. Amma tarix öz sözünü dedi, çürümüş, təməli olmayan, repressiv aparat üzərinə inşa edilən, “xalqların həbsxanası” çökdü, SSRİ dağıldı. SSRİ-nin dağılması elan edilən 25 dekabr 1991-ci ildə Kremldə mətbuat konfransı keçirilirdi. Tədbirə xarici jurnalistlər də dəvət almışdılar. Tədbir bitir, saat 19:25-də CNN jurnalistləri Kremldən çıxanda görürlər ki, bir nəfər fəhlə baba SSRİ-nin bayrağını Kreml üzərindən endirir. Həmin prosesi lentə alırlar, bayrağı Kremldən endirən adamdan müsahibə almaq istəyirlər. Fəhlə baba müsahibə verməkdən imtina edir, o zaman CNN-nin jurnalisti həmin bayrağı ondan almaq istəyir, 12 dollar pul təklif edir. Fəhlə baba razılaşır – indi həmin bayraq Vaşinqtondadır. Amma bu hadisənin çox böyük simvolik əhəmiyyəti də var – SSRİ, guya, fəhlə-kəndli hakimiyyəti idi, amma ideoloji təməli o qədər qeyri-sağlam idi ki, Kremldən rəsmi bayrağı endirən fəhlə, o bayrağı öpüb saxlamaqdansa, 12 dollara satmağa üstünlük Verdi”…

Bənzər xəbərlər

Gündəm