TənqidMar 03

18 il əllillik müavinəti alan xəstənin pensiyasın kəsiblər: Ölümə məhkum olunan xanımdan VİDEOMÜRACİƏT

Sahil Babayev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunandan bu nazirlikdən şikayətlər 10 qat artıb.

Səlim Müslümovun atasına rəhmət oxudan yeni nazir social şəbəkələrdə gəzən söz-söhbətə görə əməkdaşlarına tapşırıb ki, əlillik müraciətlərinin sayı azaldılsın.

Bundan sonra ağır əlil xəstələrinin də müavinətləri kəsilib.

Ancaq müavinət üçüdinə qalan xəstələr aclıq və ölümlə üzbəüz qalıblar.

Prezident İlham Əliyevə və vitse-prezident Mehriban Əliyevaya müraciət edən İmişli rayonu, C.Quliyev küçəsi,ev 50-də yaşayan Şamilə Şirinova deyir ki, 18 il pensiya alıb. Amma 3 aydır bu müavinəti kəsiblər.

1965-ci il təvəllüdlü qadın serroz və ağır şəkər xəstəsidir. 2-ci qrup əlildir. Bir oğlu var o da gözdən əlildir.

233 manat müavinət güclə yaşayışına çatırdı. İndi onu da kəsiblər.Kommunal pulu verə bilmir. Qaz kəsilib.

Həkimlərin səhlənkarlığı ucbatından xəstə qadın ölümə məhkum edilib.

Kim buna görə cavab verəcək?

Vətəndaşın ümidi ancaq prezidentədir.

Ətraflı videoda.

Bənzər xəbərlər

Gündəm