TənqidJan 21

Eldar Əziov dövlətə 50 milyon manat fırladıb - İMPEKS N MMC fırıldağı

Artıq sirr deyil ki, Azərbaycanda dövlət satınlamaları prosesi korrupsiya faktları ilə xeyli zəngin olur. Bu gün sizlərin diqqətinə Bakı Şəhər icra hakimiyyətinin milyonlarla dövlət pulunu necə mənimsəməsi haqqında məlumat verəcəyik. Amma əvvəlcə har birinizdən kanalımıza abunə olaraq paylaşmağınızı və videolarımızı bəyənməyinizi xahiş edirik. Indi isə videonuza keçirik. Bildiyiniz kimi, Əksər satınalmaları ya offşor şirkətləri, ya da külli miqdarda vergi borcu olan şirkətlər götürür. Ən önəmlisi isə tenderlərin çoxu rəqibsiz keçirilir, eyni şirkətlər bir ildə onlarla, yüzlərlə müsabiqəni dırnaqarası qazanır, məmurların yaxın çevrələrinə məxsus, yeni yaradılmış, təcrübəsiz şirkətlərə dəyərli milyonlarla ifadə olunan işlər həvalə olunur.

 

Budəfəki korrupsiya faktı Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlıdır. Daha doğrusu, bu qurumun tabeliyində fəaliyyət göstərən "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə.

 

İlk öncə məlumat üçün onu qeyd edək ki, eks Baş Nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin ikinci bəndinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ötən ilin fevral ayında yaradılıb. Şirkətin işçilərinin say həddi 16 ştat vahidi müəyyən edilib.

 

Şirkət yarandığı gündən dövlət satınalmaları üzrə 4 tender müsabiqəsi həyata keçirdib. Bütün müsabiqələrin qalibi isə dövlət büdcəsinə külli miqdarda vergi borcu olan "hərşeyşünas”, fəaliyyəti qeyri-şəffaf olan "İNPEKS N”MMC şirkəti olub.

Bu minvalla son 1 il ərzində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir”tərəflər arasında "tikinti və təmir xidmətləri” üzrə dəyəri, ümumilikdə 42 milyon 560 min manat təşkil edən müqavilələr bağlanılıb.

Sözügedən tender lahiyələri diqqətinizə təqdim olunur:

 

Birinci . 14.may iki min on doqquzuncu il tarixdə 3 lot üzrə

 

Lot 1. Bakı şəhəri ərazisində tikinti və təmir işlərinin aparılmasının satınalınması. Şəhəri ərzazisində, səkilərdə, həyətlərdə,park və bağlarda təmir,yenidənqurma və abadlıq işlərinin satınalıınması. (16,999743.manat )

 

Lot 2. Məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinin satınalınması. (2,575040.manat)

 

Lot 3. Sosial- mədəni və məişət təyinatlı obyektlərin əsaslı tikintisi və təmirinin satınlınması. (2,999478 manat ) Ikinci 19.mart .2020 imci il tarixdə

 

Tenderin predimeti: Bakı şəhərində dövlət mənzil fonduna aid binaların təmirinin satınalınması (19 milyon 985 min 998 manat 7 qəpik

Sonuncu satınalma daha çox diqqət cəlb edir. Hansı ki, bu tenderdə dövlət mənzil fonduna aid binaların təmirindən söhbət gedir. Qeyd edim ki, Köhnə Sovet zamanında əhaliyə dövlət hesabına evlər verilirdi. Azərbaycan müstəqillik qazandıqdan sonra da qanunvericilikdə bənzər müddəa əksini tapdı. Yəni, iki niminci ildə qəbul olunan Mənzil Məcəlləsində insanların dövlət xətti ilə evlə təmin olunması barədə qanuni baza hazırlanıb. Burada dövlətin vətəndaş qarşısında ev təminatı və mənzil münasibətləri sahəsində vəzifələri əks olunub. Aztəminatlı insanlara dövlət və bələdiyyə tərəfindən mənzil fonduna məxsus xüsusi təyinatlı evlərin kirayəyə verilməsi, aztəminatlı insanların kateqoriyalara bölünməsi və mənzil fondunun idarə edilməsində dövlət və bələdiyyələrin səlahiyyətləri ətraflı şəkildə qeyd edilib.

Amma müşahidələrimizə və mövcud reallığa əsasən qeyd etməliyik ki, dövlət mənzil fondunda mənzil yoxdur. Son 10 il ərzində bu istiqamətdə heç bir addım atılmayıb. Sadə dillə desək, hər hansısa aztəminatlı ailənin və ya yaşayış sahəsinə ehtiyacı olan şəxsin dövlət hesabına sosial kirayə müqaviləsi əsasında mənzil təmin olunması faktlarına rast gəlmək qeyri-mümkündür. Nəzərə alsaq ki, bu gün kirayələrdə yaşayan və kirayə haqqını ödəyə bilməyən yetəri qədər evsiz gənc ailə və vətəndaşlarımız var, onda qeyd olunanların həqiqətdən uzaq olmadığı bir daha öz təsdiqini tapmış olar. Bu da onu deməyə əsasə verir ki, dövlət mənzil fonduna aid binaların təmrinin satınalınması faktı tamamilə absurddur və yalandır.

Xatırladaq ki, qeydə alınmış 4 tender müsabiqəsinin qalibi olan "İNPEKSN” MMC şirkətinin bu günə olan vergi borcu 4 milyon 509 min 255 manat 7 qəpik təşkil edir. Və beləliklədə Məlum icbari öhdəlikdən dolayı sözügedən şirkətin "Dövlətsatınalmaları haqqında qanunun” 6 .2 . 5-ci maddəsinə əsasən dövlət qurumları tərəfində elan edilən tenderlərdə iştirakı qanunla qadağandır.

Buna görə də asanlıqla qeyd etmək olar ki, Bakı Şəhər İcra Hakimiyyəti tabeliyində fəaliyyət göstərən "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə "İNPEKS N” MMC arasında gerçəkləşmiş 4 tender sövdələşməsi korrupsiya faktlarını və dövlət vəsaitlərinin təyinatı üzrə səmərəli istifadə edilməməsi reallıqlarını özündə əks etdirir. Sadə dillə desək hər iki şirkət bakı şəhər isra hakimiyyətinin başçısı Eldar Əzizovun xeyir duası ilə küllü miqdarda dövlət pulunu talayırlar. "İNPEKS.N” Məhdud Məsuliyyətli Cəmiyyətinə gəlinmcə.ümumiyyətlə bi sirli şirkət kimindir hansı hüquqi bazaya görə idarə edilir, bunu bilən heç bir mənbə yoxdur. Təkcə Vergilər Nazirliyinin reyestr məlumatlarına görə, bu şirkət 6 iyun 2013-cü ildə təsis edilib. Hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Tofiq Abbasov küçəsi ev 13, mənzil34 olan şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır. Bəli düz eşitdiniz 10 manat. Şirkətin qanuni təmsilçisi isə Ramazanov İntiqam Adil oğludur. Qısa bir araşdırma apararkən bəlli oldu ki, "İNPEKS.N” eMeMCe qeydiyyatdan keçdiyi il iki satınalma həyata keçirib . Digər tərəfdən şirkətin satınalma həyata keçirdiyi dövlət orqanlarının siyahısı o qədər də kiçik deyil. "İNPEKS.N” MMC təkcə 2017-2020-ci ilin ötən dövründə, Mədəniyyət və Turizm Nazirliyilə 48 satınalma üzrə 3milyon 739 min 189 manat 21 qəpik, Melorasiya və Su Təsərrüfatı Acıq Səhmdar Cəmiyyəti ilə 33 satınalma üzrə 1milyon 925 min 940 manat , 26 qəpik , Bakı Şəhər İcra Hakimiyyəti ilə, o cümlədən tabe qurumlarla 32 satınalma üzrə 7 milyon 193 min 743 manat, Səhiyyə Nazirliyi ilə 16 satınalma üzrə 1 579 267 manat , Daxili İşlər Nazirliyi ilə 6 satınalma üzrə 3574602 manat, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi o cümlədən tabe qurumlarda 4 satınalma üzrə 2768 698, manat, Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Mənzil-Kommunal və Təmir Xidməti, Ərzaq Məhsullarının Tədarükü və Təchizatı Açıq Səhndar Cəmiyyəti , AMEA İşlər İdarəsi, Rabitə və Yemi texmaloğıyalar nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi, Mərkəzi Bank, Azərsu ASC, azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar cəmiyyəti, Baş Prokurorluq, Milli Depozit Mərkəzi, Az-Evro Tel MMC və Azərsu Açıq Səhmdar Cəmiyyəti ilə (11 satınalma üzrə 1 050 180 manat ) dəyərində ən müxtəlif adda satınalmalar həyata keçirib və xidmətlər göstərib. "İNPEKS.N” MMC təsis edildikdən indiyədək dövlət büdcəsi vəsaitləri hesabına yarım milyard manat satınalma həyata keçirib. Amma…Amma nə "İNPEKS.N” MMC, nə də şirkətin qanuni təmsilçisi Ramazanov İntiqam Adil oğlu ilə bağlı heç bir açıq məlumat bazasında məlumat yoxdur. Şirkətin yerləşdiyi hüquqi ünvanın telefon nömrəsi isə məxfidir. Yəni mənzil sahibi müvafiq rabitə qovşağına ərizə verərək nömrəsinin yaşadığı ünvanda olan telefon nömrəsini məxfi etdirib. Şirkətin qanuni təmsilçisi Ramazanov İntiqam Adil oğlunun adı isə açıq mənbələrdə ümumiyyətlə rast gəlinmir və bu şirkətin sirli rəhbərliyi müəmmalarla dolu şəxslər olduğu haqqında əlimizdə yetərincə bilgilər var. Burada bir sual yaranır şirkətin özü və təmçilçiləri eləcədə ofisinin harada yerləşməsi sirdirsə görəsən bu şirkət heç olmasa aldığı pulların müqabilində hansısa işi görüb? Deyəsən yox. Əgər belə olsaydı bu şirkətin gördüyü işlər ictimailəşərdi, suallar çoxdur.Görəsən bu sirli şirkət kimindir və bu şirkətin İmpeks MMM-nin arxasında hansı məmur durur? Yəqin yaranan sualara yaxım günlərdə dövlətin lazımı qurumları cavab tapacaq. Biz buna çox əminik. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətini sözügedən qurumun elan etdiyi tenderlərin nəticələrini araşdırmağa və doğru qərar çıxarmağa çağırırıq.

 

Bənzər xəbərlər

Gündəm