TənqidJan 11

Kərəm Həsənovun qohumları qumarxana işlədirmiş:Polis reyd keçirdib- VİDEO

Sosial şəbəkələrdə son zamanlar adı daha çox müxtəlif qalmaqallarda hallanan Kərəm Həsənovun  yaxın qohumlarının  da adına  rast gəlirik

 Kərəm Həsənovun adı böyük miqdarda rüşvət hadisələrindən tutmuş, lotu Qulu kimi tanınan Nadir Səlifovun qətlinə qədər qaranlıq hadisələrdə hallanır.

Amma oliqarxın qohumları da ondan geri qalmır.

 

 

Azerinfo.tv  “Xeber Kanalı” –na (Yuotube) istinadən bildirir ki, “facebook”  sosial şəbəkəsində Kərəm Həsənovun dayısı, Cəlilabad rayon Kənd Təsərrüfatı idarəsinin rəisi Rahib Kərimov haqqındamaraqlı məlumatlar yayılıb.

İddia olunur ki, Cəlilabadda kim hansı vəzifəni istəyirsə onun işini Rahib Kərimov “həll edir”. Məlumatlarda Səidə Şükürovanın Şəhər 7 sayli orta məktəbə əə direktor təyin olunması üçün Rahib məllimin 30 min manat alması vurğulanır.  

 

Sosial paylaşımda Rahib Kərimovun Cəlilabad rayon Kənd Təsərrüfatı İdarəsinin Rəisi  kimi qeyri qanuni torpaq əməliyyatları haqqında da maraqlı informasiya səsləndirilib.

 

Cəlilabadla bağlı daha bir olay isə bugünlərdə rayon sakinlərinin  gündəmini zəbt esən kazino əməliyyatı olub. Rayonda “Okean” reatoranında reyd edən polis qeyri- qanuni və gizli fəaliyyət göstərən kazino aşkar edib.

. Qeyd etmək yerinə düşər ki, qanunsuz olaraq fəaliyət gösdərən “Okean” restoranının sahibi  Xanalıyev  Fuad Firudun oğludur. Bu şəxs də Kərəm Həsənovun yaxın qohumudur.

İddialara görə qumarxanaya himayədarlıq edən isə hazırda həbsdə olan,  Cəlilabad rayon icra hakimiyyətinin sabiq başçısı Namiq Zeynaloiv və  Kərəm Həsənovun dayısı Rahib Kərimovdur.

 

 Ümumiyyətlə isə bu zonadakı əksər kreiminal və qaranlıq olaylarda məhz oliqarxın qohumlarının adları hallanır. İstər əmisi oğlanlarının , istərsə də dayısının adı.

 

Bənzər xəbərlər

Gündəm