GündəmDec 21

Heydər Əliyevin yaratdığı elit qrup: onlar kimdir?

Azərbaycan ordusunun ən elit qrupu sayılan Dəniz Pişikləri. Burda təlim almaq və qrupa üzv olmaq o qədər çətindir ki, ora sənəd verənlərin 80 faizi təlimlərə dözə bilmir. Amma elit qrupda olan əsgər heyəti məğlubedilməz igidlər olurlar.

Bu barədə dosent Zaur Əliyev qeyd edib. O bildirib ki, super əsgərlər olan bu qrupa düşənlər suyun altında, quruda və havada hərbi əməliyyatları qısa zamanda və itkisiz həll edirlər.

“Bu qrupun Azərbaycanda yaradılmasının səbəbkarı Heydər Əliyev olub. Çox nadir dövlət başçıları olub ki, Amerikanın elit “Dəniz pişikləri” qarşısında çıxış edib. Onlardan biri də Heydər Əliyevdir. Amerikaya səfər zamanı Dəniz Pişikləri üçün yarım saatlıq mühazirə deyən Ümummilli lider Heydər Əliyev onların təlimləri və hərbi hazırlığı ilə tanış olur və Azərbaycana qayıtdıqdan sonra burda Dəniz Qüvvələrində belə elit qrup yaradılmasına tapşırıq verir”, - alim bildirib.

Z.Əliyev Vətən müharibəsi ilə bağlı olduqca maraqlı hadisəni də bölüşüb:

“Cəbrayıl rayonu uğrunda döyüşlərdə Azərbaycanın 75 əsgəri mühasirəyə düşür. Ermənilər durduqları postlardan əsgərləri atəşə tuturlar, mühasirəni yarmaq çətin olur. Onlara köməyə 30-a yaxın Dəniz Pişiyi gəlir. Beş dəqiqə ərazini müşahidə edən qrup 20 dəqiqə içində ermənilərin bütün postlarını məhv edib, bircə itki vermədən əsgərləri xilas edirlər.

Döyüşü təsvir edən əsgər deyir ki, köməyə gələn bir bölükdən də az şəxsi heyət düşmənin bir taboruna qarşı dayanır və düşməni mövqelərindən çıxarıb qaçmağa məcbur etdi. Üç əsgəri düşmənin nəzarətindəki əraziyə sızıb postdakı bütün erməni əsgərləri öldürdü”.

Alim qeyd edib ki, Dəniz Pişikləri bu gün də ermənilərin ən qorxulu yuxusu olaraq qalırlar...

Bənzər xəbərlər

Gündəm