TənqidDec 18

Mədəniyyət Nazirliyində şübhəli tender əməliyyatı

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatdan sonra ictimaiyyətə məlum oldu ki, qurumda dövlət satınalamaları zamanı ciddi maxinasiyalara yol verilib.
Əməliyyat zamanı həbs edilənlərdən biri də Tender Komissiyasının sədri Fərhad Mollazadə idi.
Amma deyəsən bu sahədə hələ də çatışmazlıqlar qalır.
Mədəniyyət Nazirliyinin Sumqayıt Regional Mədəniyyət İdarəsi “Star Construktion-12” QSC ilə toplam maliyyə dəyəri 61 301.59 AZN olan iki müqavilə imzalayıb. Müqavilələrdə kommunal və kommunikasiya xidmətlərinin göstərilməsi və yumşaq invertarların alınması nəzərdə tutulur.
“Star Construktion-12” QSC şübhəli tender əməliyyatlarında istifadə edilən şirkətlərdən hesba edilir.
İqtisadiyyat Naziriliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “Star Construktion-12” QSC 4 mart 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2050 AZN olan QSC-nin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Binəqədi şossesi, ev 53-də yerləşir. Şirkətin qanuni təmsilçisi isə Bayramov Mirsahib Atamalı oğludur.


Mirsahib Bayramov Bakı Şəhər Təhsil İdarəsində təchizat şöbəsinin rəisi olub. Lakin hazırda İqtisadiyyat naziri olan Mikayıl Cabbarov Təhsil naziri olanda Mirsahib Bayramovu işdən azad edib. Medianın yazdığına görə, buna səbəb Mirsahib Bayramovun fəaliyyətində ciddi nöqsanların aşkarlanması olub. Yoxlamalar zamanı aydın olub ki, Mirsahib Bayramovun dövründə məktəblərin təchizatı bədbad vəziyyətdə olub.
Mirsahib Bayramov işdən çıxdıqdan sonra “Star Construktion-12” QSC-də fəaliyyəyə başlayıb. Araşdırmalarımız zamanı o da məlum olub ki, QSC əvvəllər MMC kimi fəaliyyət göstərib. 2018-ci ildə isə “Star Construktion-12” MMC ləğv edilərək eyni adlı QSC yaradılıb.
Sözügedən şirkət həm də Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən “Bakı şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin paytaxtda abadlıq və təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı tenderlərin qalibi olub. Şirkət 2020-ci ilin 3 ayında “Bakı şəhər Əsaslı Tikinti və Təmir” MMC-dən ümumi dəyəri 22 569 688 manat olan dövlət sifarişi alıb.

Reportyor.info

 

Bənzər xəbərlər

Gündəm