TənqidDec 03

Salyanın icra başçısının R.Mehdiyev və Ə.Həsənovla bu əlaqələri üzə çıxdı –

Salyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmovla bağlı mühüm xəbərlər dolaşmaqdadır. Bir vaxtlar daş karxanasının müdiri işləmiş Sevindik Hətəmov icra başçısı təyin olunandan sonra özünü “karyer müdiri” kimi aparır, Salyanın problemləri isə “dizə çıxıb” – deyən bir qrup salyanılı narazılıq bildirib.

KAİM.az-ın xəbərinə görə, savadsız “montyor” adlandırılan Sevindik Hətəmov pandemiya və müharibə dövründə də daşdan pul çıxatmağı bacarıb.

İddialara inansaq, görərik ki, Qaradağda bütün karyerlərin işləmədiyi halda Hətəmovun muzdlu fəhlələri və ölüm saçan karxanası qazancından qalmayıb. Deyilənlərə görə, vətəndaşların qəbulunu belə pullu xidmətə çevirən Hətəmov, qohumu Şamil vasitəsi ilə olmayan işləri belə həyata keçirməyə müvəffəq olur. Öz nüfuzunu həm mediada, həm də yuxarılarda qoruyub saxlaya bilən Hətəmovun Ramiz Mehdiyevlə də yaxın əlaqələrinin olduğu bildirilir. Keçmiş prezident köməkçisi Əli Həsənovun vaxtı ilə köməkliyi sayəsində deputat olan Sevindik Hətəmov elə onun sayəsində icra başçısı vəzifəsinə qədər yüksələ bilib. Əvəzində isə Ə.Həsənovun tikliləri və obyektləri daşla təmin olunub. İddialara görə, S.Hətəmovun hal-hazırda da Əli Həsənov və Ramiz Mehdiyevlə yaxın əlaqələri var.

Əcabə, görəsən Ə.Həsənov və R.Mehdiyevdən ilhamlanan icra başçısı 5-ci kalonla nə dərəcədə əlaqəsi var?!

Digər bir iddialarda isə S.Hətəmov bir tərəfdən də gücünü B.Eyyubovdan aldığı deyilir. Hətəmovun generalla şərikli biznesinin də olduğu daxil olan məlumatlarda iddia olunur. Bütün bu bağlantılar onun hələ də vəzifədə qalmasına zəmin yaradır. Yoxsa elə böyük savadı olmayan birisini bu qədər ucaltmağı kimsə öhdəsinə götürməzdi.

“Güzdək” daş karxanasındakı fəaliyyəti artıq Sevindik Hətəmova böyük kapital, hörmət və lazımı dairələrə giriş fürsəti tanıdıb. Məhz, bu üstünlüklərindən istifadə edən Sevindik Hətəmov Azərbaycan hakimiyyətində təmsil olunan çox nüfuzlu bu dövlət adamlarının kölgəsinə sığınaraq siyasi karyerasını qurmağa müvəffəq olub.

Narazı vətəndaşların iddiasına  görə, ümumilikdə Qaradağda 10 karxanaya və üzlük daş istehsalı sexinə sahib olan Sevindik Hətəmov müəyyən səbəblərdən “Süleyman Çakır” ləqəbli S.Mikayılovla da araları sərindir. Hətta, iki icra başçısı arasında olan gərginlik bəzi iddiaları da ortaya çıxardıb. Bildirilib ki, S.Hətəmovun Qaradağ rayonuna icra başçısı təyinatı da çox uzaqda deyil.

Amma, görünən o ki, Sevindik Hətəmovun qarşısına ölkə başçısı ciddi tapşırıqlar qoyduğu halda, o öz şəxsi maraqlarının hələ də əsirinə çevirilib.

KAİM.az

Bənzər xəbərlər

Gündəm