TənqidDec 02

Qardaşı ölüm hökmü ilə həbs olunan Əlsəfa Məmmədov necə “komissar” olub?

 

 

Deyirəm, qulaq gündə bir söz eşitməsə kar olar. Zamanla bu məmurlardan nəsə, “eksküluziv”  xəbərlər eşitməsən, duymasan olmur ki, olmur. Bəzən eşitdiklərinə, duyduqlarına belə inanmaq istəmirsən. Deyirsən, əşi, kimdisə boş boğazlıq edir danışır.  Elə də şey olar. Bu deyilənləri araşdırdıqca görürsən ki, yox eee, nə boş şey, nə boş boğazlıq, sən demə, deyilənlər, duyduqlarım hamısı dübbədüz imiş. Düz olan, nə imiş? İlk onu deməliyəm ki, bu günlərdə SHXÇDX-nin Beyləqan rayon şöbəsinin rəisi Əlsəfa Məmmədovun barəsində eşitdiklərimə, duyduqlarıma inanmaq istəməsəm də, maləsəf...
Demə ki, Ağdam rayon komissarlığında müavin vəzifəsində işləyən Əlsəfa Məmmədov öz rəisi Namiq Şükürovun ona olan etibarından sui-istifadə edərək, onun torpağını və evini saxta sənədlərlə ələ keçiribmiş.  Sən demə, onun bu dələduzluğundan Ağdam camaatı əhli-hal imiş. Hətta bu barədə bir sıra media orqanları da  yazıb, pozubmuşlar. Dolaşan həmin söhbətlərdə hər vəchlə söylənilir ki, Namiq Şirinov Ağdam rayon “Komissar”ı işləyədə hazırda SHXÇDX-nin Beyləqan rayon şöbəsinin rəisi işləyən Əlsəfa Məmmədov onunla həm yaxın dost olub, həm də onun müavini işləyirmiş. Hətta belə, “him-cimləri” də bir imiş. Günlərin bir günü, Namiq Şirinov özünə 6 sot həyətyanı torpaq sahəsi alıb, ev tikdirir. Elə olur ki, Namiq Şirinovun həyətinə yaxın 6 sot əlavə yeridə Əlsəfa Məmmədov alır. Hətta pulu çatmadığından, üstünü  Namiq Şirinov düzəldir. Beləliklə də, həm də yaxın qonşu olurlar. Günlərin birin də Namiq Şirinov Əlsəfa Məmmədovu yanına çağıraraq ona pul verir ki, gedib aldığı torpaq sahəsini hasarlatsın.  Bu aralarda Namiq Şirinov  işdən çıxarılır. Əlsəfa da etməyir təmbəllik, Namiq Şirinovun ailəsinin adına olan torpağı və evi saxta yolla ƏMDK-nin Ağdam rayon şöbəsində işləyən tanışının vasitəsi ilə öz adına keçirdir.  Bundan xəbər tutan Namiq Şirinov Əlsəfaya inandıb, ona etibar etdiyi üçün başına gözünə döyür. Nə başınızı ağrıdım, iş böyüyür.  Əlsəfa Məmmədov atası Musa kişini Namiq Şirinova minnətçi salır, xahiş etdirir ki, oğlunu bağışlasın. Uzun çəkən mübahisədən sonra Əlsəfa Namiq Şirinova ələ keçirdiyi evə və torpağa görə pul ödəyib, məsələni “bağlayır”. İndi Ağdamın Quzanlı qəsəbəsində hər kəs Əlsəfa Məmmədovu dostuna xəyanət edən biri kimi xarakterizə edirlər.
Söylənilənlərə görə, Əlsafanın atası Musa kişi də Ağdamın Quzanlı qəsəbəsində faizə pul verməklə tanınır. Söylənilənlərin içərisində, Əlsəfanın Ağdam ərazisində böyük qoyun fermasının olduğu söz-söhbətidə dolaşır.  Qardaşı, Məmmədov Mansur  isə Tərttər rayon polis şöbəsində polis serijantı işləyərkən törətdiyi cinayət əməlinə görə (adam öldürmə maddəsi ilə) məhkumhəyatı yaşayıb. İndi siz özünüz deyin, belə bir əməl sahibini bir rayona komissar təyin etmək olarmı, cənab Rəhinov(STV NEWS)
Reportyor.tv

Bənzər xəbərlər

Gündəm