XəbərNov 25

Nəsimi Polis İdarəsi yaşlı qadının şikayətinə operativ baxdı-TƏŞƏKKÜR

Ulu Öndər deyirdi: “İndi Azərbaycan polisi Azərbaycan övladlarının polisidir, milli polisdir. Bununla fəxr etmək lazımdır. Bu güc ilə qüvvə ilə biz Azərbaycanı gündən-günə inkişaf etdirəcəyik. Prezident İlham Əliyev isə polisin əməyini belə qiymətləndirir: “Cinayətkarlığa qarşı mübarizədə polis işçiləri ön cəbhədədir. Bu gün Azərbaycanın uğurlu inkişafında polis orqanlarının çox böyük xidmətləri var. Mən polisin işini yüksək qiymətləndirirəm”.
Asayişin təmin edilməsində yeni meyarlar var. Bunlar hesabatlılıq, şəffaflıq və vətəndaş məmnunluğudur. Görünən odur ki, ölkə vətəndaşları polisin fəaliyyətindən indi həmişəkindən daha çox məmnundur. Xüsusi karantin rejiminin icrasına nəzarət Daxili İşlər Nazirliyinin üzərinə qoyulduğundan o, indi əvvəllər icra etmədiyi vəzifələri də həyata keçirir. Müşahidələr və təhlillər göstərir ki, polis yeni vəzifələrin icrasına çox qısa vaxtda uyğunlaşa bilib. Bu isə illərlə məqsədyönlü şəkildə aparılan genişmiqyaslı institusional islahatların nəticəsində mümkün olub. Əgər elə olmasaydı ”Polis xidmətlərinin etibarlılığı” indikatoru üzrə ölkəmiz 150 dövlət arasında 50-ci sırada qərarlaşa bilməzdi.
Azerinfo.tv xəbər verir ki, bir müddət öncə Bakı Şəhəri , Nəsimi rayonu, Rəsul Rza küçəsi,ev 97, mən3-də,yaşayan Hüseynova Ramella Tofiq qızı Daxili İşlər Naziri Vilayət Eyvazova müraciət ünvanlamışdı.
Biz də bu müraciəti yayınlamışdıq.
64 yaşlı vətəndaş öz evindən doğma qızı Sona Hüseynova tərəfindən zorla çıxardılmışdı. Bu məsələyə Nəsimi Rayon Polis İdarəsində dərhal baxılmış və müfafiq tədbirlər görülmüşdür.
Polisin köməyi ilə yaşlı qadın zorla çıxarıldığı evə yenidən yerləşdirilib.
Daxili İşlər Naziri cənab Vilayət Eyvazova , Nəsimi rayon Polis İdarəsinin rəisi ,polis polkovnik leytenantı Mirnemət Mirbabayevə ,həmçinin polis heyətinə Ramella Hüseynova və saytımız adından dəriun təşəkkürümüzü bildiririk.

Nəsimi Polis İdarəsi yaşlı qadının şikayətinə operativ baxdı-TƏŞƏKKÜR

Bənzər xəbərlər

Gündəm