TənqidNov 15

Əmək kollektivin torpağını mərhum general Rasim Musayevin adamları zəbt edib?-VİDEO

Binəqədi rayonundan olan əmək kollektivlərindən biri dövlət başçısına və əlaqədar orqanlara müraciət edib. Həmin müraciəti olduğu kimi dərc edirik:

"Azərbaycan Respublikasının
Prezidenti Zati-Aliləri
cənab İlham Əliyevə
Surəti: Azərbaycan Respublikasının Baş
Prokuroru cənab K.Əliyevə
Surəti: Azərbaycan Respublikası Daxili Işlər
Naziri cənab V. Eyvazova
Surəti: Binəqədi rayon Prokuroru cənab
N.İmanova

MÜRACIƏT

Möhtərəm Prezident!
Qanuni qüvəsini almış məhkəmə qətnamələrinə əsasən:
- Binəqədi rayon C.Xəndam küçəsi 3096 saylı məhəllədə yerləşən 38 sot
torpaq sahəsi «Bakı Tikinti Tresti»n əmək kollektivinin adına özəlləşdirilməsi qət
edilmişdir.
- Məhkəmə qətnamələrinin icrası Azərbaycan Respublikası Iqtisadiyyat
Nazirliyi yanında ƏMDX-ə tapşırılmışdır.
27.10.2020-ci il tarixdə adı çəkilən ünvanda yerləşən torpaq sahəsinə baxış
keçirərkən:
1. Hansısa əlillər cəmiyyətinin sədri kimi özünü təqdim edən Malik adlı şəxs
və onun ətrafındakı çoxsaylı insanlar mənə və sənədləşmə işində mənə yardımçı
olmuş Yusif adlı yoldaşa təzyiqlər göstərmiş, döymüşdürlər, qaynar xətt – 102-ə
vurulmuş zəngdən sonra yazdığım ərizəyə baxmayaraq Binəqədi rayon Polis
Idarəsinin 5 saylı Polis Bölməsinə bu insanları dəvət etmək hələlik alınmamışdır.
2. Özlərini Qarabağ qaziləri kimi qələmə verən bu insanlar hətta aralarında
«Milli Qəhrəman» statusu olanların olmasını məlum edir və sair.
Sonradan apardığım araşdırmanın nəticəsi olaraq mənə məlum oldu ki:
a) Bu insanlardan bir neçəsi, o cümlədən Malik adlı şəxsin həqiqətən
Qarabağ qazisi statusu var, lakin Malik adlı şəxs digər əlilləri öz ətrafına cəm
etməklə müxtəlif insanlara məxsus əmlakları özlərinin statusundan sui-istifadə
etməklə mənimsəyirlər.

b) Binəqədi rayon Polis İdarəsinin rəhbərlərindən olan mərhum Rasim
Musayevin rəhbərliyi altında bu insanlar çox saylı torpaq sahələri, daşınmaz
əmlakı zəbt etməklə sonradan satılmasına nail olmuşdurlar.
v) Təkcə onu qeyd edim ki, Malik adlı şəxs 7-ci M/n ticarət mərkəzinə, çox
saylı daşınmaz əmlaka sahibdir.
Zati-aliləri!
Qarabağ qazilərinə Sizin tapşırıqlarınıza uyğun olaraq hərtərəfli dövlət
qayğısı göstərilir. Mənim rastlaşdığım bu insanlar isə:
- Bütün etik normalara zidd;
- Qanunlara saymamazlıq göstərən;
- Qarabağ qazisi statusundan sui-istifadə edən;
- Qarabağ qazisi statusunu mənimsəyən;
- Özünə vətənin ən yüksək mükafatı olan «Milli Qəhrəman» statusu verən və
sair, azğınlaşmış insanlardır.
27.10.2020-ci ildə törətdikləri cinayət əməlləri barəsində izahat yazmaq
üçün Binəqədi rayon Polis Idarəsinin 5-ci Polis Bölməsinə çağrılsalar da,
hadisədən 9 gün keçməsinə baxmayaraq bu insanlar polis əməkdaşlarının qanuni
çağırışına saymamazlıq nümayiş etdirirlər. Bu səbəbdən
XAHIŞ EDIRƏM:

- Malik və ətrafındakı insanların hansı cəmiyyəti təmsil etmələrini;
- Hansı sənədə əsasən məhkəmə qətnaməsi ilə əmək kollektivinə məxsus
olan torpaq sahəsini zəbt etməsi;
- 27.10.2020-ci il tarixdə özünü «Milli Qəhrəman» elan etmiş şəxsin
müəyyən edilməsi və sair suallara aydınlıq gətirilməsinə göstəriş verəsiniz.

Əmək kollektivi adından: H.Hacıyev"

 

Bənzər xəbərlər

Gündəm