GündəmNov 03

Yerevanda əsgər cəsədləri ilə dolan Erablur məzarlığı:ekskovatorlar yeni əraziləri boşaldır- Fransiz jurnalist

İzabel Mandro (“ Le Monde” qəzeti, Fransa)
 
“Müharibə başlayandan sonra 150 minlik əhalinin 60 faizi qorxu içində yaşayış yerlərini tərk edib,qaçırlar. Dağlıq Qarabağa ən yaxın olan Gorus şəhərinin mehmanxanaları qaçqınlarla doludur. Mehmanxanaların birində iki uşağı ilə qalan Qayane (familiyasını demir) deyir ki, Əsgərandandır. İndi orada ancaq kişilər qalıb.Gənc qadının sözlərinə görə hərbi əməliyyatlar qızışan kimi şəhər administrasiyası onları evokuasiya edib. Qaçqınlara kömək məqsədi ilə Yerevandan xeyli adam Gorusa gəlib. Bu yaxınlarda “Artsax”ın xarici işlər naziri Masis Mailyan qaçqınların qarşısında çıxış edib. Kədərli halda bildirib ki, hələki azərbaycanlıların hücumlarının qarşısını alıblar. Ancaq aydındır ki, onlar bizi qovmaq istəyirlər. Sonra yığışanlara son nəfəsinə kimi vuruşacaqlarını vəd edərək gedib. Ermənistanda heç kim Azərbaycana Türkiyənin kömək etdiyinə şübhə etmir. Onlar artıq İranla sərhəddə yaxın olan, strateji ərazidə olan Qubadlı şəhərinə gəlib çıxıblar. Yerevanda bütün küçələr bayraqla bəzədilib. Ümumilli səfərbərlik elan edilib. 34 yaşlı sürücü Avetik Motevesyana mobil telefonla zəng edib ən yaxınlıqda olan polis məntəqəsinə dəvət ediblər. Ona qısa müddət ərzində silahla davranmağı öyrədəcəklər, sonra birbaşa cəbhəyə gedəcək. İlk dəfə olaraq ölkədə qadıb batalyonları yaradılır. Ancaq qatil dronlar hər kəsin ağlındadır. Vladimir Putindən də hamı inciyib. Dronlara qarşı ən yaxşı vasitə olan “Krasuxa”nı erməni müttəfiqlərinə vermədi. Yerevandan 30 kilometr aralıda, Arşalyus kəndinə pənah gətirən Susanna Qriqoryan Stepanakerti dəhşət içində xatırlayır:
“Binanın balkonundan ora-bura uçan dronları görürdük. Bilmək olmurdu hara zərbə endirəcəklər. Zirzəmidə 4-5 gün keçirdik. Sonra gördük ki, bunun sonu olmayacaq. Ermənistana gəldik”.
 
Hazırda Susannanı ailəsi ilə qəbul edən evdə 19 nəfər yaşayır. Evin yiyəsi deyir ki, o da əslən qarabağlıdı: “Əvvəlki müharibə başqa idi, əlbəyaxa döyüş gedirdi. Pis olanda meşələrdə gizlənirdik.Səmadan qorxumuz yox idi. İndi tamam ayrıdı.Dronlara görə yaşayış yerlərimizi tərk etməli olduq.” Qaçqınlar arasında dəhşətli söz-söhbətlər gəzir. Deyirlər ki, qarşı tərəfdə vuruşanlar öldürülən erməni əskərlərin mobil telrfonlarından ailələrinə zəng edib ya öldürüldüyünü, ya əsir alındığını deyirlər. Bu psixoloji olaraq ağır təsir edir. “Bu çox qəddar müharibədir”.
 
Bunu Yerevandakı Erablur məzarlğının rəsmisi olan polkovnik Sren Xaçapryan deyir. Bu məzarlığa Dağlıq Qarabağda vuruşmağa gedib həlak olanların nəşləri gətirilir. Tək bir cərgədə üstünə qərənfil düzülmüş 200 məzar var. Hamısının üstündə qısa olaraq doğum tarixi yazılıb- 2001-2020. Axırıncı cərgədən sonra 4 ekskovator işləyərək, yeni məzarlar üçün ərazi təmizləyir. Müharibənin qurbanları hələ çox olacaq.”
Tərcimə İlqar Atabəyli
Kaim.az üçün

Bənzər xəbərlər

Gündəm