CəmiyyətOct 28

"Terrorizmi İslam doğurmadı, Batı imperializmi doğurdu"

Terrorizmi İslam doğurmadı, Batı imperializmi doğurdu. Orta doğuda, bütün islam coğrafiyasında  batı sömürgəçiliyinə və işğallarına qarşı  300 ildir dirəniş göstərən müsəlman xalqları vardır. Bir də Batı imperializminin, Batı  mərkəzli dünyanın dəyərlərini və maraqlarını, siyasi iqtisadi çıxarlarına xidmət edən kolonizator hokümətlər, liderlər, rejimlər vardır. Ümumiyyətlə islam coğrafiyasında batının dəstəkləmədiyi heç bir hökümət qurula bilməz,  və ya heç bir siyasi lider hakimiyyətə gələ bilməz. 
Arkadaşlar bizim coğrafiyalarımızda hökümətləri və liderləri bizim iradəmiz yox, bizim  xalqlar yox Batı(Amerika) seçir. Batının dəstəkləmədiyi, seçmədiyi hökümət və liderlər hakimiyyətdə qala bilməzlər. O üzdən də bizim coğrafiyamızda millətlə dövlət arasında dərin çatlar vardır, uyğunsuzluq vardır. Hökümətlər və elitalar öz xalqlarını və ölkələrini deyil, Batının çıxarlarını müdafiə edərlər, aydınlar batının söyləmlərini söylərlər. Paradiqmalarını yayarlar. Batının üstün, universal olduğunu zehinlərimizə, vicdanlarımıza yeridərlər.  Öz hökümətlərindən dəstək ala bilməyən sosial durumu ağır olan  xalqlar Sömürgəçiliyə qarşı dirəniş mücadiləsi aparmaq məcburiyyətində qalır. Bu dirəniş mücadiləsinin adını Batı islam terrorizmi adlandırır. Əslində bu Batı imperializminə və uluslararası düzənə qarşı bir  mübarizədir.
Arkadaşlar İslam coğrafiyasında öz millətinin iradəsini təmsil edən lider və hökümətlər, öz milli kültürünü və vicdanını təmsil edən aydınlar kadrosu nərdəysə yox kimidir. Hətta  son yüzillərdə aydınlar Batı imperializmini yayan kalanizator sürüsünə çevrildilər. 
 
XIX əsrdən etibarən Orta Doğuda, Afrikada, Osmanlıda, İranda, Ərəb yarımadaslnda,  bütün islam coğrafiyasında terror təşkilatlarını Batı və Risiya qurmuşdur. Öncə Osmanlını dağıtmaq üçün Vəhabiliyi qurdular. 50 ci illərdən Orta Doğuda, islam coğrafiyasında Rusiyanın etkisi ilə geniş yayılmış milliyyətçi sosializm hərəkatlarını önləmək üçün  SSRİ Rus sosializminə qarşı Amerikan liderliyində Yaşıl Qurşaq adlı siyasət izlənildi. Yaşıl Qurşaq siyasəti ilə Orta doğuda çoxlu islamist terror təşkilatları quruldu. İslam coğrafiyasında terrorizmi yayanlar və terror təşkilatlarını quranlar Batı (Amerika) və Rusiyadır. Terrorizmin rəhbəri, mərkəzi, müəllifi Batı və Rusiyadır.
 
Batıda nədən islamofobiya güclənir.
 
 1. Ona görə ki, islamist mühacirlər bütün Batıda, Amerikada, Rusiyada artaraq demoqrafik disbalans yaradırlar. Batı islamlaşır.
Bəs niyə müsəlmanlar öz ölkələrindən Batıya mühacirət etməyə məcbur olurlar. Çünki bu müsəlman ölkələrini Batı imperializmi viran qoymuşdur. Çünki yerin resurslarının 80 faizi Batıda toplanmışdır. Yerin resursları yağmalanaraq Batıya sərf olunmuşdur. Çünki İslam ölkələrində xalqla hökümətlər və rejimlər arasında dərin uçurumlar vardır. Çünki islam xoşgörüdən vaz keçərək radikalizmə, xurafata bürünmüşdür, çünki islam qadın sorununu çözməmişdir... Sorunlar çoxdur. Bu sorunlardan qaçan müsəlmanlar əslində Batı toplumunda başqa sorunlar doğurmaqdadırlar. Batı kültürünün, ənənələrinin sınırları içərisində çatlar yaratmaqdadırlar. 
 
2. Batı islam dünyasını böldü, parçaladı, yağmaladı, illərlə sömürdü, lakin islam kültürünü və zehniyyətini assimilyasiya  edə bilmədi. Batı islam kültürünün geniş coğrafiyalara yayılmasından qorxur.
 
3. Batının(həm də Rusiyanın) kolonizatoru, periferiyası, sömürgəsi olan dövlətlərdə Batı(Rusiya) sömürgəsi əleyhinə müqavimət artmaqdadır. Batı(Amerika) islamla savaşmaqdadır, lakin artıq vahid, yekcins bir Batı(Amerika) yoxdur. 
 
4. Batı mərkəzli paradiqmalar və uluslararası düzən böhran dönəminə qədəm qoymuşdur.
 
5. İslam əxlaqı və sosial düzəni çökmədi. Yenidən qalxmaq üçün çırpınır. 
 
Batı dünyası bu prosesi izləyir və əndişələnir. İslamafobiya və ya islam terrorizmi ifadəsi bu qorxulardan doğmuşdur.
 
Yasəmən Qaraqoyunlu, AMEA-nın elmi işçisi

Bənzər xəbərlər

Gündəm