XəbərOct 13

Azərbaycanda koronavirus qadağaları: Nələr hələ də qüvvədədir? - SİYAHI

Çinin Vuhan əyalətində yaranan yeni növ koronavirus təhlükəsi hələ də davam edir.

Ölkə ərazisində də yeni növ koronavirusa yoluxma və ölüm hallarının qarşısını almaq üçün qadağalar davam edir.

Qeyd edək ki, Azərbaycanda ilk koronavirusa yoluxma halı 28 fevralda qeydə alınıb. Martın 24-dən qüvvədə olan xüsusi karantin rejimi noyabrın 2-dək uzadılıb.

Cebhe.info hələ də davam edən koronavirus qadağalarını araşdırıb.

Hazırda xüsusi karantin rejimi müddətində ölkə üzrə aşağıdakı məhdudiyyətlər qüvvədə qalır:

*Xüsusi karantin rejimi tətbiq edilən ərazilərdə yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxış, ölkənin şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımaları və "ASAN xidmət" və "DOST" mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbulu qadağandır.

*Qərara əsasən, dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinə icazə verilmir.

*Bununla yanaşı küçə, bulvar, park kimi yerlərdə (yaxın qohumlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşmək olmaz.

*Yeni qaydalara görə, muzey və sərgi zalları istisna olmaqla, digər mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların və idman zalları bağlı qalmalıdır.

*Toy məclislərinin təşkilinin qadağandır.

*Tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarəti qadağandır.

*İdman, sağlamlıq-bərpa üzrə xidmətlər dayandırılıb (bu sahədə tibbi xidmətlər istisna olmaqla).

*Massaj və hamam xidmətlərinin göstərilməsi qadağandır.

Əlavə olaraq sərtləşdirilmiş xüsusi karantin rejimində Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində həmçinin aşağıdakı məhdudiyyətlər tətbiq edilir:

-nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılması;

-ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 00:00-dan 00:00-dək yerində xidmətin dayandırılması, qəlyan avadanlıqlarından istifadənin və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmağı qadağan edilib. Lakin qeyd edək ki, hazırda tətbiq edilən komendant saatına görə, ictimai iaşə obyektlərində, restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 00:00-dan 09:00-dək xidmət göstərilir.

Qeyd edək ki, hazırda koronavirusa yoluxma hallarının qarşısını almaq üçün ictimai nəqliyyata, eləcə də qapalı məkanlara maskasız daxil olmaq qadağandır.

Bənzər xəbərlər

Gündəm