GündəmSep 14

“Lal” deputatlara ÇAĞIRIŞ: - “Açıqlama göndərməyin, danışın ki, tanıyaq!”

“Cavan və Gənc deputatlar, mediaya hazır açıqlamaları göndərməyin. Özünüz danışın. Danışın ki, sizi tanıyaq. Səsinizi eşidək”.
Bu sözləri “Teleqraf Holdinq” in direktoru, keçmiş parlementari Aynur Camal özünün “Facebook” hesabında yazıb.
O qeyd edib ki, səs çox vacibdir, danışmaq çox mühümdür, görək, tanıyaq və bilək ki, kimsiniz:

“Bilək ki, danışa bilirsiz, düşünə bilirsiz, sevə bilirsiz, sevirsiz bu ölkəni, bu vətəni, parlamentdə təmsil etdiyiniz bu insanları. Anlayaq ki, nifrət edə bilirsiz bu ölkənin düşmənlərinə! Və ən önəmlisi, bizim verdiyimiz suallara cavab verin! Göndərdiyiniz açıqlamaların, şərhlərin, analizlərin müəllifinin özünüz olduğuna inanaq, əmin olaq və... Hər şey burdan başlayacaq...”

"Lent.az" baş redaktoru, Əməkdar jurnalist Qabil Abbasoğlu isə “Sherg.az”a açıqlamasında bu məsələdə hər iki tərəfi daha diqqətli olmağa çağırıb:

“Milli Məclisdə daimi danışan bir heyət var. Amma deputatların böyük əksəriyyəti KİV-dən kənardadırlar. Onlar medianı iqnor ediblər. Bu, həm parlementin, həm də mətbuatın mövcud durumu ilə əlaqəlidir.

Seçkilər ilkin mahiyyətində keçiriləndə, mətbuat da öz təbii funksiyasını yerinə yetirəndə belə problemlərə son qopyulacaq”.

Bənzər xəbərlər

Gündəm