TənqidSep 01

İş adamı bahalı mənzili Ramiz Mehdiyevə rüşvət verib - Fotolar

İş adamı bahalı mənzili Ramiz Mehdiyevə rüşvət verib - Fotolar

Prezident Administrasiyasının (PA) keçmiş rəhbəri Ramiz Mehdiyevin fəaliyyəti ilə bağlı hər gün yeni məlumatlar ortaya çıxır.

Məlum olur ki, PA rəhbəri olduğu zaman R. Mehdiyevə “hədiyyə” adı ilə - əslində isə rüşvət kimi çoxlu sayda daşınar və daşınmaz əmlak verilib. Hətta o, bir çox tikinti şirkətlərində müəyyən paylara da sahib olub.

AzFakt.com bildirir ki, R. Mehdiyevə verilən həmin hədiyyə əmlaklardan biri ilə bağlı “Yeni Sabah” maraqlı məlumat əldə edib. Belə ki, 3 il bundan əvvəl Badamdar qəsəbəsində - Botanika bağının yanında elit binada Mehdiyevə 400 kvadratmetr sahəsi olan mənzil hədiyyə edilib. Binanın 14-cü mərtəbəsində yerləşən bütün mənzillər birləşdirilərək bir mənzilə çevrilib. Mənzildə 4 yataq otağı, bir böyük zal, iş otağı var. Mənzili Mehdiyevə tanınmış iş adamlarından biri hədiyyə edib.

Məlumatda bildirilir ki, həmin mənzilin hazırda bazar qiyməti 2 milyon manata yaxındır. Mənzilin təkcə parket işinə 100 min manatdan artıq vəsaitin xərcləndiyini iddia edilir.

Mənzilin təmir işlərinə şəxsən R. Mehdiyev özü nəzarət etsə də, öz cibindən bir qəpik pul xərcləməyib. Mənzilə istifadə olunan bütün tikinti materialları və mebellər xaricdən gətirilib. Qısa müddətdə onun istədiyi kimi təmir olunan mənzil təxminən 3 il əvvəl Mehdiyevə təhvil verilib. Mehdiyev isə öz növbəsində həmin evi qızı Kamilə Mehdiyevaya bağışlayıb.

Aradan 3 il vaxt keçsə də, bu günə qədər həmin evin boş saxlandığı, heç kimin orada yaşamadığı bildirilir.

Həmin mənzilin dizaynının fotolarından da görünür ki, 400 kvadratmetrlik mənzil ən xırda detallarına qədər məhz dizaynda nəzərdə tutulduğu kimi təmir olunub və bahalı mebellərlə təchiz edilib:

İş adamı bahalı mənzili Ramiz Mehdiyevə rüşvət verib - Fotolar
İş adamı bahalı mənzili Ramiz Mehdiyevə rüşvət verib - Fotolarİş adamı bahalı mənzili Ramiz Mehdiyevə rüşvət verib - Fotolar

Bənzər xəbərlər

Gündəm