TənqidAug 26

Mehdi Səlimzadənin işçilərindən gülünc şou: Şikayətçini linç etməyə çağırdılar-VİDEO

Keçən sayımızda  Azerinfo.tv olaraq yazmışdıq ki, Qaraməryəm kənd sakini Quliyev Səbuhi Fəxrəddin oğlu başçının qəzəbinə tuş gəlib və həyatı üçün real təhlükə yaranıb.
O deyir ki, bir müddət əvvəl həmkəndliləri arasında ədavət yaranıb. Bu səbəbdən həmin adamlar onun səsini yazıb şantaj ediblər,bu da onları söyüb. Sonra Səbuhini bir dəfə avtomobillə vurublar. Başqa bir vaxt üstünə 5 nəfər tökülərək döyüblər. Nəticədə zərərçəkənin qolu sınıb, bədəninin diğər yerlərində xəsarətlər olub.
Vətəndaş hadisə ilə bağlı şikayət edib.
Mehdi Səlimzadənin işçilərindən gülünc şou: Şikayətçini linç etməyə çağırdılar-VİDEO


Bununla bağlı Göyçay Polis Şöbəsində təhqiqat başlanıb.
Səbuhi Quliyev deyir ki, qarşı tərəf rayonda imkanlı nəsil kimi tanınır. Bir gün icra başçısı Mehdi Səlimzadə məni yanına çağırdı. Mənə kabinetdə
“Sən bu məsələdən keçməlisən, barışmalısan. Burdan get birbaşa Göyçay Polis Şöbəsinin rəisinin yanına, orda barışıq ərizəsi yaz, sonra get evinə” dedi.
Səbuhi Quliyev başçının dediyinə əməl etmir. Polis şöbəsinə yox, evinə gedir:
“ Barışmaq istəmirdim. Mənə qarşı çox haqsızlıqlar etmişdilər. Yaqin ki, bu icra başçısının xoşuna gəlmədi. Yəni sözünü eşitmədim. Amma bunun məsələyə nə dəxli var axı?


Rayon ərazisində gündə 100 nəfər adam dalaşır. Onun hamısını icra başçısı barışdırmır ki, nə marağı var axı bunda?
Məlmatlar alırdım ki, məni tutdurmaqla hədələyib.
17 iyun tarixində Göyçay İH-də Kənd Təsərrüfatı İdarəsinin müdiri Elçin İsmayılov mənə zəng etdi ki, qardaş axşam kənddə olacam,mənə qulluq edə bilərsənmi?
Öz-özümə dedim nə olar ki, qarşılayım, insandı da.
Elçin gəldi, gedib kənddə kafedə oturduq.
Yanımızda polis əməkdaşı Tural Nuriyev və Natiq adlı başqa bir polis də bizimlə oturdular. Süfrə açıldı, yemək yedik, araq da içdik. Axşam vaxtıdı, istirahət edirik.
Birdən mənimlə dalaşanlardan birinin satıcısı stolumuza yaxınlaşdı. Qayıtdı ki, bəs sən mənim anamın şəklini facebooka qoymusan, filan eləmisən və sairə.
Dedim sənin ananın 90 yaşı var,heç gördüyüm yadıma gəlmir.Mən şəkil zad qoymamışam, niyyətini de,çıx get.
Baxdım ki, dalaşdıqlarımdan bəziləri qıraqdan video ilə çəkir ki, görüm bunu vuracammı.Yəni mənə konkret cinayət işi hazırlanırdı.
Mən də heç nə etmədim.
Əlimi atdım ki, 102 xidmətinə zəng edim. Elçin İsmayılov telefonu əlimdən aldı ki, rayon rəhbərinə məruzə edəcəm ki, Səbuhini şərləyirlər.
Dedim yaxşı onda məni maşınla düşürt evə. Dedi tələsmə. Az sonra polislər yaxınlaşdı. Məni apardılar Polis Şöbəsinə, ordan da Göyçay Rayon Məhkəməsinə.
Məni incibati qaydada həbs etdilər.
Məhkəmədə Elçin İsmayılovu şahid kimi çağırdım gəlmədi, nə də Şəki Apelyasiya Məhkəməsinə gəlmədi.
Həbsim Mehdi Səlimzadə tərəfindən sifariş verilib. İcraçısı da Elçin İsmayılov idi.”
Məsələ ictimailəşəndən sonra Göyçay İnformasiya Agentliyində məsələ ilə bağlı Elçin İsmayılovun işçiləri adından gülünc video yayılıb.
Həmin videonu da təqdim edirik.



Elçin İsmayılovun işçiləri müdirlərini xeyli tərifləyiblər- ay, Elçin müəllim necə yaxşı işçidir, yaxşı bostan əkirik, təsərrüfat belə gəldi-getdi. O adam (Səbuhi) bizi qane etmir və s.
Adama deyərlər ki, ay kolxozçu, ay adam, Səbuhi Quliyev Elçin İsmayılovun təsərrüfat işindən şikayət etməyib, döyülüb şantaj edilməsi ilə bağlı polisə şikayət edib.
Mehdi Səlimzadədən kimsə qürur duyursa bunun bu yazıya,şikayətə nə dəxli var, bu nə komediyadır.
Göyçay rayonu boyda rayonda bir savadlı adam yoxdurmu? Məsələdən xəbəri olmayan adamları yığıb danışdırmaq, gülüş yiyəsi etmək kimə lazımdır.
Elçin İsmayılovun işinə gəlincə , əgər lazımdırsa işindəki korrupsiya halları ilə bağlı da sual verə bilərik.
Məqalədə təqdim etdiyimiz fotofakta Elçin İsmayılovdan cavab gözləyirik.
Mehdi Səlimzadənin işçilərindən gülünc şou: Şikayətçini linç etməyə çağırdılar-VİDEO

Bənzər xəbərlər

Gündəm