TənqidAug 19

Azərsu-nun qaynar xətti qaynnanmış xəttə çevrilib-ŞİKAYƏT

2004-cü ildə yaradılan “Azərsu” Açıq Səhmdar Cəmiyyəti də Azərbaycan Respublikasında su təchizatı sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən, mərkəzləşdirilmiş qaydada istehlakçıları içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən dövlət şirkətidir. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur.

Lakin bu illər ərzində Qorxmaz Hüseynovun fəaliyyəti kadr təyinatında qohumbazlıqdan, yerlibazlıqdan, dostbazlıqdan və müxtəlif tenderlər adı ilə dövlətin pulunu mənimsəməkdən ibarət olub.
Sosial mediaya diqqət edin: insanlar su probleminə görə təkcə “Azərsu” ASC-də yox, həm də hökumətin idarəçiliyində günah axtarırlar.
Bu qurumun necə işləməsinə bir şikayəti misal göstərəcəyik. Şəhərin elə yeri var ki, aylarla su gəlmir. Elə yeri də var ki, su axıb gedir, kimsə vecinə almır. Yasamal rayonu , M.Muxtarov 154 –də yaşayan Həsənova Narxanım Xanəli qızının şikayət məktubunu oxumaq kifayətdir ki, “Azərsu” ASC-nin iş prinsipi ilə tanış olasan. Həmin şikayətoi olduğu kimi dərc edirik:



Ə R İ Z Ə

Yazıb Sizə bildirirəm ki, mən yuxarıda göstərilən ünvanda yaşayıram. Belə ki, yuxarıda göstərilən ünvandakı evimizi su basıb. Həmin evdə qızım azyaşlı uşaqları ilə orada yaşayır. Düz mart ayının 14 –dən bizim ərazinin, Yasamal MKTİB –nin 60 saylı Mənzil –Kommunal İstismar Sahəsinin müdiri Tağıyev Sadiq Əhmədiyyə müraciət etmişəm. O “Azərsu”ya müraciət etməyimi məsləhət gördü. Mən “AZƏRSU”-ya müraciət etdim. Əvvəl kanalizasiya işçiləri gəldi.Sonra aydın oldu ki, qonşu tərəfdən su sızır. Baxdılar getdilər. Vəssalam!!! Düz may ayından hər gün “Azərsu”nun qaynar Xəttinə- 9555- ə zəng edirəm. Hər gün şikayətimi qeydə alıb gələcəklərini vəd etsələr də gəlmirlər. Mənim qaynar xəttə müraciətlərimi sorğu verib yoxlasalar görəcəksiniz ki, 60- dan çox zəngim var. Artıq “Azərsu”nun qaynar xətti qaynnanmış xəttə çevrilib. Hər dəfə deyirlər ki. rəisə deyərik. Rəis isə yoxdur ki, yoxdur. Görünür rəis ştatı ləğv olub, ya da ölü canlara çevrilib. Maaşı özgələri alır. Maddi durumumuz çox aşağıdır. Çörək almağa belə pulumuz yoxdur. Artıq əşyalarım su altında qalıb xarab olub,döşəmə çürüyüb.Mən nə edəcəyimi bilmirəm. .Xahiş edirəm müraciətimi ölkə prezidentinə çatdırasınız. Xahiş edirəm mənə kömək edəsiniz.

İmza: Narxanım Həsənova “

Azərsu-nun qaynar xətti qaynnanmış xəttə çevrilib-ŞİKAYƏT
Azərsu-nun qaynar xətti qaynnanmış xəttə çevrilib-ŞİKAYƏT
Azərsu-nun qaynar xətti qaynnanmış xəttə çevrilib-ŞİKAYƏT
Azərsu-nun qaynar xətti qaynnanmış xəttə çevrilib-ŞİKAYƏT
Azərsu-nun qaynar xətti qaynnanmış xəttə çevrilib-ŞİKAYƏT
Azərsu-nun qaynar xətti qaynnanmış xəttə çevrilib-ŞİKAYƏT
Azərsu-nun qaynar xətti qaynnanmış xəttə çevrilib-ŞİKAYƏT







Bənzər xəbərlər

Gündəm