GündəmFeb 11

Bizim deputatlar çox qazanır yoxsa xaricilər? - Deputatlara ən çox maaş verən ölkələr - SİYAHI

Deputatlar Azərbaycanda yaxşı maaş alanlar sırasına daxildirlər. Hazırda Azərbaycan Respublikası Milli Məclisinin sıravi deputatı ayda təxminən 2460 manat (1320 avro) məvacib alır.

Maraqlıdır, xarici ölkələrdə deputatlar nə qədər maaş alırlar? 

 

Siyahıdan aydın olur ki, qanunverici orqan təmsilçisinə ən çox maaş verən ölkə Yaponiyadır. Bu ölkədə deputatların illik maaşı 200 min avrodan çox edir.

2019-cu ildə əmək haqlarını azaltmaq barədə qərar verən ukraynalı deputatlar isə siyahının autsayderləridir. Belə ki, Ukraynalı deputatların əmək haqları cəmi 305 avro təşkil edir. 

Türkiyədə deputatın aylıq maaşı: 4 210 avro

Yaponiya: 17 749 avro

İtaliya – 11 963 avro

ABŞ – 11 489 avro

Rusiya – 7 923 avro

Almaniya – 7 838 avro

Danimarka: 7 835 avro

Hollandiya: 7 481 avro

İrlandiya: 7 271 avro

Böyük Britaniya – 6 988 avro

Lüksemburq: 6 739 avro

Fransa – 5 637 avro

İsveçrə - 5 440 avro

Yunanıstan: 5 135 avro

Estoniya: 3 439 avro

İspaniya: 2 814 avro

Polşa – 2 535 avro

Litva: 2 532 avro

Latviya: 2 448 avro

Gürcüstan: 1737 avro

Ermənistan: 1 247 avro

Ukrayna – 305 avro

Modern.az

Bənzər xəbərlər

Gündəm