XəbərJan 22

YAP namizədi Şabranda etirazla qarşılandı - “Bu rayona həyatında ayağı dəyməyən Sadiq Qurbanov...”

Yeni Azərbaycan Partiyasının bəzi namizədləri nə mətbuatda, nə də dairələrdə birmənalı qarşılanmayıb.
 
Secki.net xəbər verir ki, belə bir namizədlərdən biri də, 54 saylı Şabran-Siyəzən dairəsindən YAP-ın namizədi olan Qurbanov Sadiq Haqverdi oğludur.
 
Vəziyyət hətta o həddə çatıb ki, insanlar həmin şəxsin deputat seçilməməsi üçün etiraz etmək istəyirlər. Şabran və Siyəzəndə heç kimin tanımadığı bu şəxs necə və hansı üzlə deputat olmaq istəyir rayon sakinlərinə çox maraqlıdır. Şabran və Siyəzəndən olan sosial şəbəkə istifadəçiləri YAP-ın 54 saylı dairədən niyə bu şəxsi namizəd kimi irəli sürdüyünü sorğulayırlar.
 
Çox maraqlıdır, rayon camaatı tərəfindən tanınmayan, rayonu tanımayan biri niyə görə gedib oradan namizəd olsun? Hər halda əgər seçi günü qutudan Sadiq Qurbanov adı çıxsa, Şabran-Siyəzəndə 2015-ci ildəki baş verənlərdən daha ciddi hadisələr baş verəcək.

Bənzər xəbərlər

Gündəm