VideoDec 28

Prezidentə müraciət edən gürcü sahibkar Bakıda intihar etdi -VİDEO

Bakı şəhər, Neftçilər prospekti87,mənzil 30-da kirayədə qalan Cürcüstan vətəndaşı, sahibkar Leyla Janasia haqda bir neçə dəfə yazı vermişdik.
Azerinfo.tv-yə şikayətlənən zavallı qadın bildirmişdi ki, onun düz bir milyonluq malını mənimsəyiblər. Bu haqda yazılar diğər xəbər saytlarında da gedib.
(http://azerinfo.tv/olke/12972-gurcu-sahibkarin-bir-milyonluq-mali-elinden-chixib-leyla-janasiani-tora-salan-deleduzlar-kimlerdi.html)

(https://xeberal.az/hadis%C9%99/12776/miqrasiya-xidm%C9%99ti-%C9%99m%C9%99kdasi-bir-milyonluq-%C9%99mlaki-q%C9%99sb-olunmus-gurcu-sahibkari-niy%C9%99-deport-etm%C9%99k-ist%C9%99yib-video/)
(http://praqnoz.az/article/az/10718)

Qeyd etmişdi ki, dələduz dəstə və onları hüquq-mühafizə orqanlarında, həmçinin Dövlət Miqrasiya Xitmətində olan havadarları nə yolla olur-olsun Leylanı Azərbaycandan deport etmək niyyətində idilər.
Miqrasiya Xitmətində çalışan Rüfət İbrahimovun qanunsuz əməlkləri və gürcü sahibkarı incitməsi haqda da yazmışdıq.




Son video müraciətində Leyla qeyd etmişdi ki, onu naməlum şəxslər hədələyir, həyatına təhlükə var.
Üstəlik Miqrasiya Xidməti nəhayət 20 dekabrda gürcü sahibkarın bir milyonluq malını mənimsəyən dəstənin istədiyi kimi Leyla Janasianın Azərbaycanda müvəqqəti yaşaması üçün icazə verilməsindən imtina edib. Niyə, səbəb nə idi?
Bütün bunların nəticəsi olaraq Leyla Janasia 27 dekabrd intihara cəhd edib.
Ağır tərkibli dərmanları qəbul edən gürcü sahibkar ölümcül halda Respublika Toksikologiya Mərkəzinə çatdırılıb.
Hazırda vəziyyəti ağırdır.
Leyla Janasia Azərbaycan prezidentinə, baş prokurora, daxili işlər nazirinə həyatına olan təhlükə ilə bağlı dəfələrlə müraciət etmişdi. Bakı şəhər prokuroru İlqar Abbasov və müavini Azər Əsgərovun qəbulunda olub. Həmçinin Gürcüstanın Azərbaycandakı konsulluğuna da gedərək başına gələnləri danışmışdı.
On gün əvvəl əvvəl 102 xidmətinə izlənildiyi haqda məlumat vermişdi. Heç bir tədbir gürülmədi.
Leylanın yaxınları deyir ki, onun həyatına yenə təhlükə var. Toksikologiya Mərkəzinin şöbə rəisi deyib ki, Leylanı zəng edib Səbail İcra hakimiyyətindən və Səhiyyə Nazirliyindən tapşırıblar?
Kim tapşırıb? Dünənə kimi heç kimin maraqlanmadığı adamı niyə “tapşırıblar”?
Səbail icra hakimiyyətinin vəzifəlisi Leylanın qızı ilə də danışıb. Bizə verilən məlumata görə dələduz dəstənin havadarı elə bu vəzifəli şəxsdir. Hələlik onun adının açıqlamırıq. Leylanın durumu stabilləşəndən sonra bu haqda geniş yazcağıq.





Prezidentə müraciət edən gürcü sahibkar Bakıda intihar etdi -VİDEO
Prezidentə müraciət edən gürcü sahibkar Bakıda intihar etdi -VİDEO



Bənzər xəbərlər

Gündəm