VideoNov 14

Aldatdığı şəxsi kürəkənləri ilə hədələyən şöbə rəisi- GENERALLARA ŞİKAYƏT OLUNDU -VİDEO

 




Abşeron rayon, Xırdalan şəhər sakini Arif Kərimov Azerinfo.az saytına şikayətlə müraciət edərək bildirib ki, dələduzluqla üzləşib.

Belə ki, o dostu Elmirin xahişi ilə 2 saylı Qarayev adına xəstəxanada laboratoriya müdiri Xanimcan Əzizovaya bankdan kredit götürərək verib. Əzizova deyib ki, hər ay krediti ödəyəcək. 10 min manat məbləğində krediti aldıqdan 2 ay sonra Xanımcan Əzizova ödənişi dayandırıb.

Arif Kərimovu get-gələ salıb. Sonuncu etirazın bildirdikdə, şöbə rəisi onu kürəkənləri ilə hədələyib. Şikayətçi deyir ki, onlardan biri Xüsusi Dövlət Mühafizə Xidmətində işləyir, dayısı da generaldı. O biri kürəkən Çevik Polis Alayındadır.

Arif Kərimov pulunu istədiyinə görə şərlənəcəyindən ehtiyat edir. Bu məqsədlə aidiyyatı qurumlara müraciət edib.

Qeyd edək ki, Xanımcan Əzizovanın əməllərindən bir neçə nəfər başqa adamlar da şikayətçidir.

Bənzər xəbərlər

Gündəm