CəmiyyətOct 15

Valideyn Sumqayıt Təhsil Şöbəsinin müdirini hədələdi:“Bir şey olsa..”

Zakir Fərəcov Sumqayıta yeni təyinat alanda, hardasa 2015-ci ildə keçirdiyi müşavirədə məktəblərdə və bağçalarda olan vəziyyətə toxunmuşdu. Demişdi ki, Sumqayıt abituriyentləri qəbul imtahanlarında aşağı nəticə göstərir. Həmin vaxt söz Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdir əvəzi Vaqif Ələkbərova veriləndə o bildirmişdi ki, şəhər ərazisində mövcud olan 50 ümumtəhsil məktəbindən 29-u təmirsiz haldadır. Bəziləri qəzalı vəziyyətdədir. Başçı da onu qınamışdı ki, davamiyyət də aşağı düşüb, təmirin buna nə aidiyyatı. Və Ələkbərovu tutduğu vəzifədən azad etmişdi. İndi 2019-cu ildir. Azerinfo.tv bildirir ki, məktəblərdəki təmir məsələsi hələ də ən aktual problem olaraq qalır. Məsələn, bu gün sosial şəbəkədə Aybəniz Səfərova adlı vətəndaş Sumqayıt şəhər 14-saylı məktəbdə baş verən hadisədən yazıb. Sən demə məktəbin havalandırma sistemində vəhşi arılar yuva qurub. Dərs zamanı müəllim və şagird heyəti özlərini arılardan qoruyurlar. Artıq 3 uşağı arı vurub. Səfərova statusunda qeyd edib ki, əgər uşağını arı sancsa günahı TŞ müdirində olacaq. Əgər uşaqlardan allergiyası olan varsa arı sancması faciəvi sonluğa gətirəcək. Sumqayıt TŞ müdirəsi Arzu Alızadə bundan xəbərdardırmı?Valideyn Sumqayıt Təhsil Şöbəsinin müdirini hədələdi:“Bir şey olsa..”Valideyn Sumqayıt Təhsil Şöbəsinin müdirini hədələdi:“Bir şey olsa..”

Bənzər xəbərlər

Gündəm