CəmiyyətAug 23

Göyçay bazarında məktəb çantaları 5 manatdan başlayaraq alıcılara təklif olunur – FOTO

Hər il olduğu kimi, dərs ilinin başlamasına az qalmış valideynlər ilə yanaşı, uşaqların da həyəcanı artır.
AzTimes.az-ın bölgə müxbiri xəbər verir ki, yeni dərs ili özü ilə məktəb həyəcanı və valideyn məsuliyyəti də gətirir ki, bunun da yolu çox zaman həm də narahatlıqdan keçir. Elə valideynlər özləri də bu fikirdədir.

Həmsöhbətimiz olan bir valideyn deyir ki, məktəbə gedəcək uşağın geyimi, çantası, iş dəftərləri və digər məktəb ləvazimatlarını almaq üçün dükan-dükan gəzib qiymətlərin harada nisbətən aşağı olduğunu öyrənməyə çalışır. Alıcı Füzuli Məmmədyarov deyir ki:

“Gəlmişəm mən də bir alıcı kimi uşaqlara məktəb ləvazimatları almağa, qiymətlər yaxşıdır normaldır. Çantalar, dəftər-kitablarda ucuz qiymətədir. Çantalar da 5 manatdan başlayaraq yuxarı qiymətə təklif olunur”.

Bundan əlavə, Göyçay bazarının bir neçə yerində məktəbli ləvazimatları satılan dükanlarda olub qiymətlərlə maraqlandıq. Məktəb ləvazimatlarının satışı ilə məşğul olan bir neçə mağazaya baş çəkib, satıcıların fikrini öyrəndik. Satıcı Məhərrəmov Nizami sözlərində qeyd edib ki:

“Qiymətlərimiz bu il yaxşıdır, endirimlərimiz var. Qələmlər, dəftərlər münasib qiymətədir hamısı”

Bundan başqa satıcı sözlərində əlavə edib ki, çantaların qiyməti 5 və 25 manata qədər dəyişir.

Bənzər xəbərlər

Gündəm