CəmiyyətJul 29

“Azərişıq”ASC-nin Cəlilabad şöbəsinin yüksək rütbəli məmuru radikal mühacirlərə havadarlıq edir-Şok iddia

Saytımıza müraciət edən Cəlilabad sakini Ağayev Kamran Məhərrəm oğlu saytımız vasitəsi “Azərişıq”ASC Cəlilabad rayon şöbəsinin məmurunun törətdiyi özbaşınalıq və qanunsuz əməllər haqıında ölkə ictimaiyyətinə və ölkə başçısına müraciətini çatdırdı.Müraciəti foto və video görüntülərlə  təqdim edirik.

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Vitse-Prezidenti  Mehriban xanım  Əliyevaya

Azərbaycan Respublikasının Baş prokroru cənab Zakir Qaralova

Cəlilabad sakini  Ağayev Kamran Məhərrəm oğlu tərəfindən:

Cənab Prezident,  sizə səslənirəm.”Azərişiq” ASC-nin Cəlilabad rayon şöbəsinin balans uçotu şöbəsinin rəisi Məmmədov Həbib Qulu oğlu dövlətin əmlakını öz əmlakı bilib tutduğu vəzifəsindən sui-istifadə edən, xaraba qoyub talan edən, viran qoyan Həbib Məmmədovun tədbir görülməsi üçün adiyyatı üzrə tapşırıq verəsiniz.Həbib Məmmədov dövlətin içində oturub dövlətə qarşı muxaliflik aparan adamdır.Cənab Prezidentin tapşırıqı ilə məşqulluq idarəsi dövət idarələrinə müəssisələrə vətəndaşları işlə təmin olunduqu halda Həbib Məmmədov ali təhsilli işçiləri işində heç bir nöqsan olmadığı halda qeyri-qanuni işdən çixartdırıb əzab-əziyyətlə evinə bir tikə çörək aparanın ruzisinə bais olur.Cənab Prezident bilərəkdən sərəncamınıza qarşı çıxır.Həbib Məmmədovun məni işimdən qeyri qanuni çıxartdırmağının əsas səbəbi isə mənimlə apardığı şəxsi qərəzlilik olmuşdur. Belə ki, bir qrup müxalifət yönümlü Avropada yaşayan siyasi mühacirlər – Vidadi İsəndərli, Orduxan Teymurxan, , Qurban Məmmədov kimi şəxslərin internet vasitəsi ilə Ulu öndərimiz Heydər Əliyevi, cənab Prezidentimiz və onun ailəsini təhqir etdiklərinə görə əmim Bünyatov Vaqif  internet vasitəsi yuxarıda qeyd edilən siyasi mühacirlərin cavablarını vermiş onları susdurmuşdur. Həbib Məmmədov bir neçə dəfə məni otağına çağıraraq mənə bildirmişdir ki, “əmin siyasi mühacirlərə qarşı internet çıxışlarını yığışdırsın”. Əmimin siyasi mənsubiyyətinə və cənab prezidentin, ailəsinin müdafiəsinə görə mənə qarşı təziqlər etməyə başladı. Mənə qarşı edilən bu təziqi və Həbib Məmmədovun mənə dediklərini əmimə demədim. Daha sonra isə Həbib Məmmədov mənə dediki – “indi mən səni işdən çıxartdıracam get Prezidentin və Vaqif əmin səni müdafiə etsin”. Beləliklə 01.07.2019-cu il tarixindən mən 28.06.2019-cu il tarixindən bulletendə olduğum halda məni işimdən qeyri-qanuni azad etdirdi.Həbib Məmmədov  cənab Prezidentə qarşı olan siyasi muhacirləri müdafiə edən bir məmurdur.Azərişiq ASC-Cəlilabad şəbəkəsinin balans uçotu şöbəsinin ali təhsili olmayan rəisi Məmmədov Həbib Qulu oğlunun dövlətin əmlakını talaması, xaraba qoyması haqda Faktları paylaşacam demişdim.! Budur Həbib Məmmədov Cəlilabad rayonu Cavad xan küçəsində yerləşən (arxa yol) deyilən ərazidə yerləşən “Sara Xatun” şadlıq sarayına dövlətə köçürüləcək 20 min manatı yayındırıb saxtakarlıq edib  rüşvət muqabilində qeyri qanuni dövlətin əmlakını talaması haqda fakt-sübütları təqdim edirəm!!!Buradaki ən böyük qanun pozuntusu ondan ibarətdir ki əvvəl orada Çin istehsalı smart kart sayğacı olub obyektdə sayğacın gücü çatmadığı üçün , onuda qeyd etmek isteyiremki (üç fazalı kitay smart kart sayğacın avtomatini dəyişmək olmur) yeni muasir üç fazali İran istehsalı smart kartı ilə qeyri-qanuni dəyişdirilmiş və hətta avtomat quraşdirilmamişdir. Azərişiq ASC-nin Enerji nəzarəti idarəsinin əməkdaşlarının iştiraki ilə obyekt yoxlanildi, Obyektin sahibi yoxlamaya gələnlərə bildirdiki “şadlıq evinin tam gücünə uyğun texniki şərt almaq üçün asan xidmətə dövlət rüsümü həddindən artıq pul köçürəcəyimi biıdirdikdə məndə mənə sərfəli olsun deyə asan xidmətə getməyib bir başa Həbib Məmmədovla işimi gördüm” (Tərifləməyi və çox sağ olsunda deməyi unutmadı. 2-ci fakt isə Cəlilabad rayon Alar kəndində yerləşən “Alar Market” adlı qeyri-əhali obyektinə texniki şərt alınmadan Həbib Məmmədovun vətəndaşdan aldığı  rüşvətlə başqa bir abonentin elektirik sayğacını satması faktıdır. 3-cü fakt isə Uzuntəpə kəndində yerləşən iri tutumlu “Furqan”mebel fabrikinə sayqacsız halda şəbəkəyə bir başa qoşulma faktıdır. Əgər rüşvət almayıbsa bu boyda saxtakarlıqa yol verməsinə dövlətin əmlakını talamasına zəmin yaradan səbəb nədir?Həbib Məmmədovun bütün saxtakarlıq korrupsiya əməllərinin məndə faktları var. Sizə isbat etməyə hazıram.

Mövzu ilə bağlı qarşı tərəfin fikrini öyrənməyə hazırıq.

Bənzər xəbərlər

Gündəm