CəmiyyətJul 21

“Mənim dənizim”-də hər şey mükəmməldir.... “My Beach” mətbəxinin ləzzətini siz də dadın...

Kabab, sac içi, balıq yeməkləri, müxtəlif cür plovlar... Bunlar milli mətbəx nümunələrimizdən sadəcə bir neçəsidir. Azərbaycan kulinariyası öz tarixi kökləri və özünəməxsusluğu ilə həm regionun xüsusiyyətlərini özündə birləşdirir, həm də o çoxçeşidliyi ilə fərqlənir. Lakin ölkəmizin zəngin mətbəx mədəniyyətini onun dadlı xörəklərindən, ətirli içkilərindən və gözəl meyvələrindən daha üstün olan bir amil səciyyələndirir - azərbaycanlıların mətbəx fəlsəfəsinin əsasında yüksək qonaqpərvərlik durur. Bütün bunlar isə Azərbaycanda mətbəx turizminin potensialından xəbər verir.
  Azərbaycan xörəkləri yüksək dad-tam keyfiyyətləri ilə dünyada məşhurdur. Bişirilməsi, tünd ədviyyat və tamlı əlavələr qatılmasına görə digər Şərq ölkələrinin mətbəxinə yaxındır. Hazırda Azərbaycanda xörəklərin hazırlanmasının qədim üsullarının spesifik xüsusiyyətləri saxlanılmaqla yanaşı, müasir kulinariyanın tələbləri də geniş surətdə nəzərə alınır.
Bu gün Azərbaycan mətbəxinin ləzzi təamlarıı dada biləcəyiniz məkanlardan biri də “My Beach” istirahət mərkəzidir. 



















Yəqin ki, hər zaman istirahət mərkəzlərində, kafelərdə, restoran və hotellərdə çay və ya yemək sifariş edən zaman   sizi olduğunuz məkanın mətbəxi, mətbəxdə çalışanları maraqlandırıb. 
Yeməklər hansı şəraitdə hazırlanır? Yeməkləri hazırlayan gigienik qaydalara əməl edirmi? 
Çayımıza nə qatdılar, mürəbbələr kiminsə qarşından qalan deyil ki? Qablar necə yuyulur? Çay qaynadırlımı?
 Bu suallar demək olar ki, hamını maraqlandırır.
Bu dəfə sizi “My Beach” istirahət mərkəzinin mətbəxi, mətbəxində çalışanları ilə tanış edəcəyik. 
İstrahət mərkəzinə gələnlərin əksəriyyəti Zəfər ustanın çayını bəyənir. Zəfər usta illərin çayçısıdır. Hər səhər mərkəzə gəlib, samovarları doldurur, qaanadır. Deyir ki, çayçılıq asan peşə görünsə də, çayı elə sevgi ilə hazırlamaq lazımdır ki, dadı müştərinin damağından getməsin, yenə gəlsin.
İstirahət mərkəzinin mətbəxində mürəbbələr xüsusi qablarda ağızları bağlanmış şəkildə soyuducuda saxlanılır. 
İsirahət mərkəzinin iki mətbəxi var. Birində soyuq qəlyanaltılar, qazan yeməkləri, kabablar və s.  digərində isə xəmir məmulatları,pidelər,pitsalar və digər   yeməklər bişirilir. 
İstirahət mərkəzinin mətbəxində “Corat qutabı” da bişirilir. Usta  Ruhiyyə və Nazı böyük həvəslə bu işi görürlər.
Mərkəzdə sifariş edilən salatlar isə Xədicə xanımın əl işidir. 
Onu da qeyd edək ki, istirahət mərkəzinə ərzaq məhsulları hər səhər alınır. Burada köhnə və istifadə müddəti başa çatmış qidalardan istifadə edilmir.
Mərkəzin mətbəxində çalışanların bir şüarı var “Müştərinin arzusu qanundur”...


İstirahət mərkəzinin mətbəxini gəzdik, gördüklərimizi foto və video formatında sizə təqdim edəcəyik. 
Son günlər havaların sərin keçməsi sizi istirahətdən uzaqlaşdırmasın. Bəlkə dənizə və hovuza girə bilməyəcəksiniz, amma ustalarımızın sizin üçün həvəslə hazırladığı təamlardan dada biləcəksiniz.   Dənizin səsi, Zəfər ustanın dəmlədiyi pürrəngi çay sizi xəyallara aparacaq.




Turizm növünün yüksək inkişafına nail olmaq istəyiriksə, yeməyin hazırlanmasından tutmuş onun təqdim edilməsinə qədər hər bir məqama diqqət olunmalıdır. “My Beach” istirahət mərkəzində işləyən aşpazların təcrübəsi, təhsili, gigiyena qaydalarına xüsusi əməl olunma, ofisiantların qulluq mədəniyyəti bizim üçün prioritet məsələdir.
Odur ki, havanın necə olmasından asılı olmayaraq, sizi hər zaman gözləyirik.
 
 
 

Bənzər xəbərlər

Gündəm