VideoJun 13

"10 manat pul göndərin ay valideynlər"- ABŞERONDAN SƏS YAZISI

Orta məktəblərdə yıgılan rüşvət ölkəmizin ən agrılı həmdə yaralı yerlərindən biridir. 

Abşeron rayonu Masazır qəsəbəsi "Yeni Bakı" Yaşayış kompleksində yerləşən 4 saylı tam orta məktəbdə isə sözün əsl mənasında şıdırgı pul yıgımına start verilib. 

Mozalan.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə valideyn Rəhim Həsənov məlumat yayıb. 

Məlumatda qeyd edilib ki, məktəbin dərs hissə müdiri Ofelya Məmmədova bütün watsapp qruplara səs göndərərək, valideynlərə summativ, böyük summativ qiymətləndirmə, məktəbin təmiri üçün pul gətirmələrini tələb edir. 

"Ofelya məllimə bunu özbaşına etmədiyini, məktəbin direktoru Roza Süleymanovanın tapşırıgı ilə etdiyini bildirir. Nəzərinizə çatdıraq ki, bu məktəb 2 il öncə istifadəyə verilib", - deyə məlumatda bildirilir. 

Mövzu ilə bağlı sözügedənb məktəbin rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq

Bənzər xəbərlər

Gündəm