TənqidMay 20

İmişlidə DOVLƏTİN QAYĞISINDAN pul çıxarırlar... - İTTİHAM

Ötən gün İmişlidəki mənbədən Conflict.az-a maraqlı br foto daxil olub. Şəkər xəstəsi olan rayon sakini dövlət tərəfindən verilən test aparatını rayonda fəaliyyət göstərən apteklərdən birində satır. Hətta həkim olmayan vətəndaş belə anlayır ki, bədəndəki şəkərin qədərini müəyyən etmək üçün nəzərdə tutulan aparat əslində həyatı əhəmiyyətlidir. 

İmişlidə DOVLƏTİN QAYĞISINDAN pul çıxarırlar...

Bildiyimiz kimi şəkər xəstələrində şəkərin enməsi və yüksəlməsi hər iki halda həyat üçün təhlükəlidir. Bəs belə olan təqdirdə nədən bir şəxs qiyməti o qədər də yüksək olmayan bir test aparatını satmaqla həyatını təhlükəyə salsın? Deməli şəxs xəstə deyil. Əgər xəstə deyilsə bəs necə olur ki, adam qeydiyyata alınır? Və o lazımı peraparatlarla təmin olunur. Conflict.az-ın əməkdaşı məsələ ilə əlaqədar İmişli MRX-də baş həkimin müavini vəzifəsində çalışan Elnur həkimlə əlaqə saxladı. Baş həkimin müavininin cavabı konkret oldu: biz xəstələrin o kimi işlərinə nəzarət edə bilmirik. 

İmişlidə DOVLƏTİN QAYĞISINDAN pul çıxarırlar...

Doğrudur. MRX hər xəstənin səhiyyə müəssisəsindən sonrakı hərəkətlərinə nəzarət etməyə borclu deyil. Lakin xəstə olmayanları aşkarlamağa bilavasitə borcludur. Eyni zamanda həmin şəxslərin hansı yolla qeydiyyata düşmələrini araşdırıb üzə çıxarmaqdan da sorumludur. Çünki bu tip insanların hərəkətləri dövlət büdcəsinə yönəli addımdır. Bu isə iqtisadi cinayətdir.
Lakin İmişli MRX ilə bağlı məsələ bununla da yekunlaşmır. Rayondakı mənbədən Conflict-az-a onu da bildirdilər ki, rayon Təhsil şöbəsində metodist vəzifəsində işləyən Sevdimalı Hüseynov bir müddət öncə insult keçirib. Uzun müddət paytaxtdakı tibb müəssisələrindən birində müalicə alan xəstə hal-hazırda ev şəraitində müalicəsini davam etdirir. S.Hüseynovun yaxınları onun xəstəliyinin ağırlığı səbəbi ilə xəstəliyi təsdiq edən sənədin - bülletinin vaxtının uzadılması məqsədilə MRX-nın həkim komissiyasının sədri Zakir Cəbrayılzadəyə müraciət ediblər. Komissiya sədri “artıq vaxtı gecikdirmisiniz” – deyə bülleteni imzalmaqdan imtina edir. Mənbənin bildirdiyinə görə xəstə yaxınlarının baş həkimə müraciəti də hər hansı bir nəticə vermir. Bu zaman ortaya maraqlı nüans çıxır. Adam de-fakto yataq xəstəsidir. Yəni müstəqil hərəkət imkanları məhduddur. Belə olan təqdirdə Zakir Cəbrayılzadə nəyi əsas gətirərək vaxtın gecikdirilməsini səbəb olaraq göstərir? Adamın real durumu onun xəstəliyini təsdiq edən səbəb deyilmi? Əgər bir möhür və ya imza müqabilində hansısa marağın təmini güdülürsə, artıq burada ədalət prinsipi itir. Hippokrat andı içərək hətta xəstə düşmənə belə yardım öhdəliyi götürmüş həkimin sağlamlığı kiritik olan soydaşına bu qədər ədalətsiz yanaşması dəhşətverici faktordur. Belə çıxır ki, İmşlidə dünyasını dəyişmiş şəxs sağ ikən MRX-ya ölüm tarixi ilə bağlı məlumat verib sonra dünyasını dəyişməli idi? Axı bu mümkünsüzdür cənablar. Unutmayın ki, edilən hərəkətlər bumeranq xarakterlidir. Ölkənin səhiyyə sistemini labirintə salanda məhz bu kimi amillərdir. Görəsən İmişli MRX-nın baş həkimi Eynulla Qasımov bu səhiyyə müəssisəsinə rəhbərlik etdiyi müddətdən bəri funksiyasını özü üçün nə vaxt müəyyən edəcək?
Onu da xatırladaq ki, bir müddət öncə İmişli rayon uşaq poliklinikasında da eyni vəziyyət hökm sürürdü Belə ki, Mirzağa Mirişov adlı həkim xəstə uşaqlara epiqriz verməkdən imtina edirdi. Səbəb kimi “onsuz da bu sənəd keçərli deyil” – deyə məqsədli şəkildə bəhanələr gətirməklə, valideyinləri günlərlə get-gələ salır. Və bu halda da sual olunur: Əgər sənin imzaladığın sənəd keçərsizdirsə, bəs nədən o posta əyləşmisən? Yox əgər başqa məqsədin varsa o halda cənab Prezidentin dövlət insanlar üçündür tezisini sənə xatırlatmaqda xeyir var. Düzdür bu sizin zehniyyətdəki “xeyir” deyil. Lakin... 
Bu tip hallar İmşli MRX-də ilk və hələ ki, son da deyil. Rayon tibbi komissiyanın üzvi Anar Əliyevdə həmkarlarından geri qalmır. Mənbənin bildirdiyinə görə həm “məqsədinə” nail olan, həm də insanların sənədlərini verməkdən imtina edən Anar Əliyevlə bağlı da baş həkim Eynulla Qasımova edilən müraciətlər nəticəsiz qalır. “Bütün hadisələr Cəsur həkimin vaxtında olub. Mənə dəxli yoxdur.” – deyə cavab verən baş həkimə yuxarıda qeyd edilənlərdə daxil, bəs görəsən nəyin dəxli var?
Mövzuya qayıdacağıq.
Redaksiya məlumatda adı çəkilən qurum və şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.
 

Bənzər xəbərlər

Gündəm