Apr 23

KTN-də Əli Kərimli və Mahir Cavadov izi

Günlərdir medianın gündəminin fenomeninə çevrilmiş və tutduğu əməlindən bir addım belə geri çevrilməyən Kənd Təsərrüfatı Nazirliyinin mühüm vəzifəsini icra edən, FETÖ adlı təşkilatın as adamlarından olan Anar Hüseynov gündəmi yeni bağlantılarla məşğul etməkdədir desək yanılmarıq. Əslində isə bu Anar Hüseynov kimdir və hansı mənsəbə quluq edir sualı bu saat cəmiyətimizi narahat edən əsas prioritetlərdən biridir?
KTN-nin nəzdində ailə və dostluq biznesini quran Anar Hüseynov demək olar ki nazirliyin əsas strukturlarından birisi olan “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC rəhbəri vəzifəsinə yüksəldilib. Bundan əvvəl isə A.Hüseynov AXCP sədri Əli Kərimlinin gizli kadrlarından biri kimi bir çox işlərdə çalışıb. Bir müddət əvvəl isə Əli Kərimlinin hökümət daxilindəki gizli fanatları vasitəsi ilə KTN-nin “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC strukturuna vəzifəyə gətirilib. Əli kərimliyə olan minnətdarlığı isə bu günə qədər ona sədaqətlə xidmətində olmasıdır. Maddi dəstək verməkdən belə çəkinməyən dövlət əmlakını tar-mar edən A.Hüseynov müxalifət üçün əlindən gələni etməsidə verilən məlumatlarda yer almaqdadır. 

Gündəmə ilk dəfə FETÖ-çu olaraq gələn A.Hüseynov bütün medianın diqqət mərkəzində idi. Qardaş Türkiyədə baş verənlər məhs bu təşkilatın aktivliyindən qaynaqlanan dövlət çevrilişinə cəhd adı ilə tarixə düşdü. Bir çox insanlar günahsız yerə yaralandı, ölənlər oldu. Bu məsələnin digər tərəfidir. Azərbaycanda isə bu təşkilatın aktiv və dövlət daxilinə sızmış insanları hökümətin əsas srukturlarının köməkliyi ilə təmizlənməsi yönündə əməliyyatları aparılmış, amma ap-arılan islahatlardan görünən odur ki, qalıqlar hələ də aktivliyini qorumaqdadır. Bu azmış kimi məsələnin arxasında adı halanan şəxslərdən biridə Mahir Cavadovdur. İllərdir ölkədən kənarda Azərbaycan əleyhinə çıxışlar edən Azərbaycan dövlətinin varlığını qəbul edə bilməyən qüvvə olaraq özünü nümayiş etdirməkdən belə çəkinməyən adlardan birisidir. 

Anar Hüseynovla bağlı yeni məlumat məhz yaxın müddətlərə təsadüf edir ki, “Azəraqrar”ın bir sıra rayonlardakı, o cümlədən Beyləqandakı fəaliyyətlərinin ictimai narazılıqlara yol açdığı bir sıra faktlarla təsdiq olunur. Ölkə mətbuatının yazdığına görə, rayon sakinlərinin narazılığının səbəbi uzun illər istifadələrində olan torpaqların əllərindən alınaraq kənar şəxslərə hektarı 300 manatdan satılmasıdır: “Narazı sakinlər bildirirlər ki, Hikmət Ağayev və keçmiş “Dostluq” Damazlıq Birliyi Sovxozunun iqtisadçısı Oruc Ağayev başqa-başqa şəxslərdən pul alaraq torpaqları onların istifadəsinə veriblər. Məlumatlar sırasında o da yer alır ki, hərəsinin qiyməti 50 manat olan 165 baş ölüvay, qoca sovxoz qoyunlarını özünəməşğulluq proqramı çərçivəsində həyata keçirilən tədbirlər adı ilə bir başını 250 manata rəsmiləşdirərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Məşğulluq Mərkəzinə satmış, əhaliyə sırımışlar” (qaynaq: http://realmedia.az/hikm%C9%99t-agayev-anar-huseynova-vita-avtomobili-h%C9%99diyy%C9%99-edib-ona-gor%C9%99-d%C9%99-ktn-nin-sob%C9%99-mudirin%C9%99-qarsi-ittiham/). 

Hikmət Ağayev kimdir? 

Hikmət Ağayev Əli Kərimlinin qohum olması ilə yanaşı həm də Mahir Cavadovun Azərbaycanda biznesini idarə edən şəxslərdən biri kimi tanınmaqdadır. İllərdir M.Cavdovun maliyəsi hesabına maşın ticarəti edən H.Ağayev hazırda M.Cavadovun gizli dostluqları sayəsində KTN vəzifəs sahibi olub. Onu himayə edilməsi isə KTN daxilində olan FETÖ-nun adamı kimi tanınan Anar Hüsynova həvalə edilib. Deyilənlər görə Anar Hüseynov qohumları və yaxınlığında olan bütün tanışlarını aidiyyatı oldu olmadı hamısını “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC rəsmi işçiləri kimi qeydiyyata salıb. 
Bildirilirdi ki, Hikmət Ağayevin KTN-nin “Aran Regional” İdarəsinə direktor təyin edilməsi heç də təssadüfü deyil. Məhz “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin rəhbəri Anar Hüseynovun Hikmət Ağayevlə maşın alveri olub və şöbə müdirinin H. Ağayevə avtomobil borcu olur və borcun müqabilində də ona vəzifə peşkəş edir” (eyni qaynaq).
Mətbu orqanlarda bənzər hadisələrin Şəkidə, Göygöldə və digər rayonlarda da təkrarlandığı xəbər verilir. Məlumatların həqiqəti nə dərəcədə əks etdirdiyini müəyyənləşdirmək hüquq mühafizə orqanlarının işi olduğundan bu barədə hər hansı mülahizələrə yol vermədən, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nin fəaliyyətinin Beyləqan əhalisində yaratdığı narazılığı əks etdirən video-görüntünü oxucularımızın diqqətinə çatdırmaqla vəzifəmizi tamamlamaq istəyirik.

Video-faktlar:



 

 



“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin yeni rəhbəri Anar Hüseynovun başı “Göygöl” Kənd Təsərrüfatı İstehsalat Müəssisəsinin keçmiş sədri Rasim Şəfiyevlə də dərddədir. İddialara görə, İnam Kərimov KTN-nə gətiriləndən sonra aparılan kadr islahatlarının qurbanı olan Rasim Şəfiyev öz kreslosunu qorumaq üçün Anar Hüseynova 200 min manat pul verib. 
Məlumata görə, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin yeni rəhbəri Anar Hüseynovun başı “Göygöl” Kənd Təsərrüfatı İstehsalat Müəssisəsinin keçmiş sədri Rasim Şəfiyevlə də dərddədir. İddialara görə, İnam Kərimov KTN-nə gətiriləndən sonra aparılan kadr islahatlarının qurbanı olan Rasim Şəfiyev öz kreslosunu qorumaq üçün Anar Hüseynova 200 min manat pul verib. Bildirilir ki, alınan pulun müqabilində Rasim Şəfiyevə köhnə postunu qoruyacağı vədini verən Anar Hüseynov öz sözünə əməl edə bilməyib. Bu da tərəflər arasında ciddi insidentə səbəb olub. Öz pulunun dərhal geri qaytarılmasını istəyən R. Şəfiyevin tələblərinin KTN-nə qədər çatdığı və nazirliyin külislərində ciddi müzakirə edildiyi xəbər verilir. Məlumatda o da bildirilir ki, R.Şəfiyevin Anar Hüseynova verdiyi vaxt artıq 2 gündür tamam olub və “Azəraqrar”ın yeni rəhbəri bütün yaxınlarından ianələr toplayaraq borcunu qaytarmağa çalışır.

Ölkədə cücə toyuq qiymətinə artıq heyvan satışlarınında getməsi ilə bağlı məlumatlar yayılmaqdadır. Vaxtı ilə birinin işdə saxlanılması üçün 300 min rüşvətin tüğyanı “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC suqutunan xəbər verməkdədir.

Qarı tərəfin mövqeyini dinlkəməyə hazırıq
ARDI VAR!

Bənzər xəbərlər

Gündəm

0.027329206466675