Apr 16

İcra başçısı ilə əlbəyaxaya çıxan xırda məmur hansı deputatın qohumudur?

Təxminən 3 həftə əvvəl Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın və rayonların təsərrüfat və digər xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə şəhərin və onun rayonlarının sanitar təmizlik vəziyyətinə həsr olunmuş xüsusi müşavirə keçirildi.
Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimov məlumat verdi ki, şəhərin müxtəlif rayon və qəsəbələrinin sanitar təmizlik vəziyyətinin yoxlanılması ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xüsusi komissiya yaradılıb. Komissiyanın keçirdiyi reydlər nəticəsində ümumi vəziyyətin qənaətbəxş olduğu qeyd olunub, lakin bəzi ərazilərdə, xüsusilə də bir sıra qəsəbələrdə narahatçılıq doğuran problemlərin, o cümlədən kortəbii zibilliklərin mövcud olduğu bildirilib.

Azerinfo.tv həmin vaxt xəbər vermişdi ki, müşavirə zamanı Bakı Şəhər və Qaradağ Rayon İcra Hakimiyyətlərinin birgə yoxlamalarının nəticəsi olaraq işdə yol verdiyi nöqsanlara görə Qaradağ MKTB-nin rəisi Rasim Əhmədov tutduğu vəzifədən azad edilib. 
Maraqlı burasıdır ki, Rasim Əhmədovun “sağ əli” sayılan Aslanov İlqar Şahvələd oğlu hələ iş başındadır. Və idarədə mühüm vəzifə tutur.
Bu adamın fəailiyyəti icra başçısının belə xoşuna gəlmir. Hətta bir dəfə Süleyman Mikayılovun ona əl qaldırdığı deyilir. Maraqlıdır ki, bu xırda məmur icra başçına eyni tərzdə cavab verib.
İcra başçısı onu rayondan qova bilməyib. Səbəb isə İlqar Aslanovun deputat Hüseynbala Mirələmovun yaxın qohumu olduğu deyilir.
Görəsən deputat onu nə vaxtadək qoruya biləcək.

Bənzər xəbərlər

Gündəm

0.049875020980835