TənqidMar 13

Saxta arayışla ordudan yayınan gənci kim himayə edir

Peyğəmbərimizdən (S) yadigar qalan "Vətəni sevmək imandandır" kəlamı bizim milli düşüncəmizlə, adət-ənənələrimizlə də uzlaşır. Cəsur türk babalarımız, ulu əcdadlarımız da Vətəni sevməyi, onu qorumağı, torpaq uğrunda şəhid olmağı əmanət qoyublar. Azərbaycan oğlu zaman-zaman torpaqlarını yadellilərdən qorumaq uğrunda mücadilə verib. Azərbaycan övladına əsgər olmaq tarixivə genetik bir borcdur.

Gənclik bu vəzifəni çox yaxşı dərk edir və əsgər olmaqdan qürur duyur. Maraqlıdır ki, son illər aparılan təbliğat, dövlətin orduya böyük diqqət yetirməsi sayəsində gənclərin orduya marağı artıb. Bir zamanlar övladını əsgərlikdən yayındırmağa cəhd göstərən valideynlər artıq kütləvi şəkildə oğlunun əsgərliyə getməsinə meyl edir. Çox müsbət bir göstəricidir. Demək olar ki, valideynlərin özləri gənc övladının vətənpərvər olmasına ciddi təsir edir.     

Ancaq ordudan qəsdən yayınan, vətənə olan borcunu verməkdən imtina edənlər də var ki, bunun üçün cinayət törətməkdən belə çəkinmirlər.

Mozalan.az xəbər verir ki, Zərbəlizadə Yasər Tahir oğlu adlı vətəndaş 6 ildir ki, saxta arayışla orduya getməkdən yayınıb. Guya Türkiyədə təhsil aslır. Əlbətdə ki, hərbi komissarlıq maraqlansa, yaxud işinə diqqətlə yanaşsa bunun aşkar saxta olduğunu görərdi. Yaxud görüblər, hansısa səbəbdən bu gənci əskəri xidmətdən yayındırırlar.

Odur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin rəisi Arzu Rəhimovdan bu məsələni diqqətdə saxlamağı xahiş edirik.

Respublikanın baş hərbi prokuroru Xanlar Vəliyevə də bu məsələ ilə bağlı müraciət olunacaq.

Türkiyənin yolunu tanımayan, orada bir dəfə olmayan şəxsin arayışı hardan alması maraqlıdır.

 

Bənzər xəbərlər

Gündəm