Mar 13

BAKI MƏKTƏBİNDƏ ŞOK OLAY- məktəblilər biabırçı şəkildə kameraya yaxalandılar

Əvvəllər Heydər Əliyev adına liseyin direktoru vəzifəsində çalışan Fikrət Xəlilov Bakının Xətai rayonu, Admiral Naximov küçəsi 221 ünvanında yerləşən 221 nömrəli tam orta məktəbin rəhbərliyinə gətirildikdən sonra sözügedən təhsil müəssisəsində mövcud olan problemlərin sırasına yeniləri də əlavə olunub. 

Belə ki, hazırda 221 nömrəli orta məktəbdə təlim-tədris prosesinin nəzərəçarpacaq dərəcədə zəiflədiyini, neqativ halların çoxaldığını vurğulayan məlumatlı şəxsin saytımızla bölüşdüyü informasiyada deyilir ki, bütün bunlara görə məsuliyyət məhz Fikrət Xəlilovun üzərinə düşür. Fikrət Xəlilovun indiyədək hansı təhsil müəssisəsinə rəhbərlik edibsə, həmin təhsil ocaqlarında yeyinti, intihar halları, dava-dalaş, qalmaqalın yaşandığını iddia edən mənbə bildirir ki, hazırda bu cür hallara 221 saylı orta məktəbdə rast gəlinir.

Mənbəmiz Mozalan.az-a deyir ki, lap bu yaxınlarda məktəbdə böyük qalmaqal olub. Məktəbin kitabxanasında 8-ci sinif şagirdləri biabırçı vəziyyətdə yaxlanıblar. Olay kameralara belə düşüb. Vəziyyətdən çıxış kimi həm oğlan, həm qız şagird məktəbdən qovulub. Kameralardakı görüntülər silinsə də bəzi şagirdlərin telefonlarının yaddaşlarında qalıb.

Məlumata görə oğlan şagird yaxınlıqdakı Laçın köçkün məktəbində təhsilıini davam etdirir, qız şagir isə evdə qalıb.

Mövzuya qayıdacağıq.

Bənzər xəbərlər

Gündəm

0.028939962387085