GündəmFeb 28

Kreditini ödəyənlərin pulunun nə qədəri geri qaytarılacaq? - VİDEO

Prezidentin bu fərmanıdevalivasiyadan əvvəl10 min dollara və ya 17 min manatadəkkredit götürmüş bütün vətəndaşları əhatə edəcək. Üstəlik həmin müddət ərzində kredit götürmüş vəartıq bunu ödəyən insanlara devalivasiyadan sonra yaranan fərqingeri qaytarılması nəzərdə tutulur. Bunu "XəzərXəbər”ə müsahibəsində dövlət başçısının fərmanını şərh edən Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə heyətinin sədri İbrahim Alışov bildirib. Qurumun rəhbəri prezidentin problemli kreditlərlə bağlı imzaladığı fərmanın kimlərə və hansı şəkildə tətbiqi ilə bağlı təfərrüatları açıqlayıb.

 

Kredit alıb devalvasiyalara görə qaytara bilməyən vətəndaşlar sonradan çətinliklə də olsa kreditlərini bağlayıblarsa prezidentin yeni fərmanına əsasən dövlət tətbiq etdiyi güzəşt həmin şəxslərə pul kimi geri qaytarılacaq. Bunu "XəzərXəbər”ə müsahibəsində dövlət başçısının fərmanını şərh edən Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə heyətinin sədri İbrahim Alışov bildirib. Söhbət həcmi 10 min dollaradək olan kreditlərdən gedir.

Ümumiyyətlə isə fərmana əsasən həcmi 10 min dollaradək olan problemli krediti olan fiziki şəxslər iki qrupa bölünüb. Bunlardan birinci qrupa 2015-ci il fevralın 21-dək 10 min dollar həcmində kredit alıb devalvasiya olandan sonra onu qaytara bilməyənlər daxildir. Bu qəbildən olan şəxslərin kreditin əsas məbləğin yox, kredit borcu hissəsinin hər bir dolları üçün dövlət banklara 15 sent, yəni 25 qəpik pul ödəyəcək. İkinci qrupa daxil olan fiziki şəxslər isə 2015-ci il fevralın 22-dən həmin ilin dekabrın 21-dək kredit alıb ikinci devalvasiyaya görə məbləği ödəyə bilməyənlər daxildir. Bu kateqoriyaya daxil olan vətəndaşların əsas kredit hissəsi yox, kredit borcu hissəsinin hər bir dolları üçün dövlət banklara 35 sent, yəni 60 qəpik həcmində vəsait ödəyəcək. Proseslərin icra müddəti də artıq bəllidir.

Ən əsas məqamlardan biri isə dollar kreditini ümumiyyətlə heç cür ödəyə bilməyən vətəndaşların dövlət tərəfindən kreditlərinin bir qismi ödəndikdən sonra geri qalan borclarını necə ödəməsidir. Bu məqam da fərmanda nəzərdə alınıb. Belə ki, problemli krediti olan fiziki şəxslər üçün 1 faizlə kreditlər veriləcək.

 

Bu, 17 min manatadək milli valyua ilə kredit götürənlərə də aiddir. Söhbət manat kreditini ödəməkdə çətinlik çəkən vətəndaşlardan gedir.

 

Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə heyətinin sədri bildirir ki, dövlət başçısı tərəfindən imzalanan fərman həm vətəndaşların, həm də bankların xeyrinədir.

 

Onu da qeyd edək ki, problemli kreditlərlə bağlı məhkəmələrdə olan işlər də geri qaytarılməsi nəzərdə tutulub. Bununla dollar kreditinə görə vətəndaşların məhkəmə müstəvisində olan minlərlə mübahisəli iş də yekunlaşmış olacaq.

Bənzər xəbərlər

Gündəm