Feb 25

"Zorlanmış və başı daşla əzilmiş körpə qızın cəsədini helikopetərə qoyanda..."

1992-ci ilin 27 fevralı. Xocalı-Ağdam istiqamətində meyidləri daşıyan əsgərlər zorlanmış və başı daşla əzilmiş körpə qızın cəsədini helikopetərə qoyanda Allahverdi Bağırov əsgərə yaxınlaşır. 
 
Uşağın darmadağın edilmiş üzünə baxandan sonra göz yaşlarını silir...Ratsiyanı əlinə alaraq Əsgəran batalyonunun komandiri, çoxdan tanıdığı Vitalik Baqdasaryanı yığır. Deyir bir muzdlu və bir dinc sakini  geri qaytaracam. Üstündə də 10 kanistr benzin. Sadəcə bu uşağı zorlayanın adını və yerini mənə de. Vitalik Allahverdinin xasiyyətinə bələd idi, əgər o əsgəri indi öldürməsə, onlarla erməni əsgərini öldürəcək idi. Həmin erməninin Qaraqayanın yanında postda olduğun deyir. Allahverdi təkbaşına həmin posta gedib körpə qızı zorlayanı şəxsən güllələyir.
 
Bunu sonradan eşidən mərhum Ceyhun Mirzəyev "Fəryad" filimində bu səhnəni canlandırır......
Bu gün Allahverdini unutmayaq...
 
O, çox böyük qətiyyət və mərdlik göstərərək komandirlik etdiyi batalyona göstəriş verib və qaçıb canını qurtarmaq istəyən yüzlərlə Xocalı sakininin köməyinə çataraq onları ölümün pəncəsindən alıb. O, vəhşiliklə qətlə yetirilib çöllərdə qalmış cəsədləri ərazidən yığdırıb, dəfn etdirmiş, yaralıları, donmuş adamları xəstəxanaya çatdırıb. Qeyd edək ki, bu işlərin çoxunu Allahverdi Bağırov öz şəxsi vəsaiti hesabına edib. Onun şəxsi təşəbbüsü və ciddi səyi nəticəsində ən amansız erməni vəhşilikləri teleoperator Seyidağa Mövsümlü tərəfindən video kamera vasitəsilə lentə köçürülüb. Xəlil Rza Ulutürkün oğlu Təbriz Xəlilbəylini də Allahverdi Bağırov gedib ala bilmişdi ermənilərdən, mərhumun Xoranmurdda vurulanda qalmışdı erməni tərəfdə. Meyiti götürə bilməmişdilər.
Xocalı soyqrımı zamanı ermənilərin qaytarmaq istəmədiyi Əlif Hacıyevin də meyitini Allahverdi Bağırov nələr bahasına gətirmişdi. Bir meyit üçün 10dan çox diri erməni verdi ki, elə qəhramanın meyidin benzin töküb yandırmasın ermənilər
Çingiz Mustafayevin Xocalıda çəkliş aparması üçün nələr etmişdi Allahverdi Bağırov 
Allahverdi Bağırov yeganə komandir idi ki, qabaqda gedirdi. O, çox ciddi, tələbkar adam idi. Bir dəfə kəndi alanda dedi ki, birdən kimsə kənddə əhalini qarət edə, doğma oğlum da olsa, güllələyəcəm. Biz oğurluğa getmirik, torpaq almağa gedirik."
 
Xocalıdan olan əsir qadınların ayaqları donmaması üçün əsgərləri ilə birgə ayyaqabılarını çıxardın özləri qarın içində ayaqyalın Ağdama gələn məhz Allahverdinin özü və dəstəsi idi.....
Xocalı soyqırımının əzab-əziyyətlərini Allahverdi Bağırovdan çox çəkən, bu faciənin müsibətlərini ondan çox görən olmamışdı. Əminliklə deyə bilərəm ki, Allahverdi Bağırov olmasaydı, Xocalı soyqırımı zamanı həlak olan insanların sayı daha yüzlərlə olardı. 
Bu qədər adama həyat vermək nə demək idi? Azərbaycan tərəfi yalnız Allahverdinin səbəbinə Xocalı faciəsində öldürülənlərin meyitlərini çıxara bildi. Ermənilərlə danışıqlar aparmaq, don vurmuş meyitləri çıxarmaq, onları Ağdama gətirmək, dəfn etmək, yaslarını vermək, əsirlikdən qurtaranları yerləşdirmək... bütün bunlar bəlkə də Xocalı dəhşətlərini görməyən kimsə üçün asan görünər. Lakin on günlərlə meyit gözləyən insanlara kömək əlini yalnız Allahverdi uzadırdı. Hamısını öz vəsaiti hesabına eləyirdi. Ölənlərin dəfninə də köməklik eləyirdi. Ağdam məscidində həmin insanların yaxınları onlara verilən işgəncələri görməsinlər deyə meyitləri yuyub kəfənləyirdilər. Ermənilərlə danışıq aparırdı, gedirdi sərhədə. Bu, hər oğulun işi deyildi ki, ermənilərlə belə danışıq aparsın. Allahverdi çox ürəkli adam idi..
Allah rəhmət eləsin sənə KOMANDİR...
 
Zaur Əliyev

Bənzər xəbərlər

Gündəm

0.12898707389832